USG MMC
Baş mühasib
Son tarix 20 noy 2023 - [email protected]
Namizədə tələblər:
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
- Mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi
- MİKRO proqramını mütləq bilməli
- Dil bilikləri: Azərbaycan, rus, türk ,ingilis
- Komandada işləmək bacarığı
- Məsuliyyətli və işində dəqiq
- Vergi Məcəlləsini bilməli, sertifikatların ( İFRS,PMS ) olması mütləqdir
Vəzifə öhdəlikləri:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
- Proqram üzrə mühasibat yazılışlarının verilməsi
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
- Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqlar vaxtında yerinə yetirilməsi.
Əmək Haqqı: 3000 AZN
İş Qrafiki: 5 günlük iş həftəsi
Iş rejimi: 08:30 – 17:30
İstirahət günü: Şənbə və Bazar günləri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlər müraciət edə bilər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “mikro” göstərməyiniz xahiş olunur