INNOVARCH
Baş Memar
Son tarix 26 iyn 2025 - [email protected]
Vəzifə haqqında məlumat:
- Innovarch Memarlıq və Dizayn şirkəti müasir və funksional layihələrin hazırlanmasında iştirak edəcək, dizayn və tikinti prosesinə tam nəzarət edə bilən, peşəkar bacarıqlara malik Baş Memar axtarır
Əsas vəzifələr:
- Müştərilərlə ilkin görüşlərdə iştirak edərək ehtiyac və istəklərin təhlili;
- Layihənin konseptual mərhələdən icraya qədər olan bütün mərhələlərinə rəhbərlik etmək;
- Memarlıq layihələrinin texniki normativlərə və tikinti qaydalarına uyğunluğunu təmin etmək;
- Sahədə texniki nəzarəti həyata keçirmək və inşaat prosesində iştirak etmək;
- 3D modellərin və vizual təqdimatların hazırlanmasına nəzarət etmək;
- İşçi layihələrin hazırlanması və icraçılarla koordinasiyanın qurulması;
- Mühəndis və dizayner komandası ilə sıx əməkdaşlıq;
- Təyin olunan müddətlərə və büdcəyə uyğun layihənin icrasına nəzarət.
Tələblər:
- Ali təhsil (Memarlıq üzrə bakalavr və ya magistr);
- Minimum 10 illik peşəkar təcrübə (ən azı 5 ili sahə və layihə rəhbərliyi üzrə);
- Azərbaycan, ingilis və rus dillərində sərbəst danışıq bacarığı
- Layihə menecmenti və sahə təcrübəsi vacibdir;
- Autocad, Revit, 3ds Max, SketchUp Pro, Twinmotion, Lumion, Adobe Photoshop, Corona Render və digər müasir dizayn və vizualizasiya proqramlarını əla səviyyədə bilmək;
- Tikinti və layihələndirmə üzrə normativ sənədlərə, SNIP və DBN qaydalarına bələdlik;
- Komanda idarəetməsi və koordinatorluq bacarığı;
- Yaradıcı yanaşma, təhlil etmə və qərarvermə qabiliyyəti;
- Sahədə aktiv çalışmaq və layihəyə yerində nəzarət imkanına malik olmaq.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş rejimi. Part-time əməkdaşlıq mümkündür. Ofisdə daimi oturmaq tələb olunmur, layihələrin idarəolunması və icrası əsasdır.
- Əmək haqqı: 3000 AZN stabil maaş, layihə üzrə bonus; ümumilikdə aylıq nəzərdə tutulan məbləğ 6000 AZN və daha çox
- Ünvan: Xətai, Azure Biznes Mərkəzi
Müraciət üçün:
CV və portfolio fayllarınızı “Baş Memar” mövzusuyla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Əlaqədar şəxs: Zahra Rasul