Namizədə aid tələblər:
- Ali təhsil: Ali təhsil: Riyaziyyat, İqtisadiyyat, Statistika, Biznesin idarə edilməsi, Komputer Elmləri və ya Kibernetika sahəsində bakalavr dərəcəsi.
- İş təcrübəsi: 1 ildən artıq rəsmi aktuari təcrübəsi, attestasiyadan keçməsi və aktuari şəhadətnaməsinə sahib olması.
- Dil bilikləri: Azərbaycan (əla), İngilis(yaxşı/əla) və Rus (arzu olunan) dillərində sərbəst yazı və şifahi danışıq bacarığı.
- Kompüter bilikləri: MS Office proqramlarında (Excel yüksək səviyədə) işləmək bacarığı, məlumatların təhlili, proqramlaşdırma və SQL üzrə biliklər arzu olunandır.
- Qanunvericilik: Sığorta qanunvericiliyini və AR Mərkəzi Bankının normativ sənədlərini bilmək.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
- Qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta ehtiyatlarının hesablanması və sığorta tariflərinin əsaslandırılması
- Təkarsığortaçın tələb olunan və məcmu kapitalının, öz vəsaitinin və zərərlik dərəcəsinin hesablanması.
- Təkrarsığorta müqavilələri üzrə təkrarsığortaçının şəxsi tutumuna nəzarətin həyata keçirilməsi.
- Aktuari fəaliyyəti ilə bağlı uzunmüddətli və illik inkişaf planlarını müəyyən etmək.
- Rəhbərlik tərəfindən həvalə edilmiş digər vəzifələri həyata keçirmək.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır.
- Könüllü tibbi sığorta.
- İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
- Əmək haqqı: 3000-3500 AZN.
Məlumatlandırıcı qeydlər:
Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (Məsul aktuari) yazmaqla CV-ni elektron poçt ünvanına göndərsinlər.