Company
Hüquqşünas
Son tarix 14 sen 2023 - [email protected]
Yerinə yetirəcəyi işlər:
- Məhkəmədə, dövlət və ictimai təşkilatlarda hüquqi məsələlərin baxılmasında Cəmiyyətini təmsil edir;
- Təsərrüfat müqavilələrinin bağlanılması işində onlara hüquqi əsaslandırılmış rəy verir, kollektiv müqavilələrin şərtlərinin işlənib hazırlanmasında, eləcə də debitor və kreditor borcların məsələlərinin baxılmasında iştirak edir.
- İddialara cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət edir.
- Cəmiyyətin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də müəssisə, idarə və təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Qanunun tətbiqi üzrə iş aparır.
- Cəmiyyətin işçilərinə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy verir.
- Müqavilələrin, sazışlərin və digər hüquqi sənədlərin tərtibi işlərində iştirak edir.
- Rəhbərliyin tapşırığı ilə, Cəmiyyətə məxsus daşınmaz əmlakının sənədlərini mövcud qanunvericiliyinin uyğunluğuna gətitilməsi işlərində iştirak edir;
Bilməlidir:
- yuxarı orqanların qərar, sərəncam, əmrlərini, müəssisə, idarə və təşkilatların hüquq fəaliyyətinə aid olan metodiki, normativ və başqa rəhbər materialları, qüvvədə olan qanunvericiliyi;
- mülki, əmək və inzibati hüququ; qanunvericilik və normativ aktlar üzrə sorğu məlumat işini; müəssisə, idarə və təşkilatların təsərrüfat-maliyyə fəaliyyəti haqqında hesabatların tərtib edilmə qaydalarını;
- təsərrüfat müqavilələrinin rəsmiləşdirmə və bağlama qaydasını; iqtisadiyyatın, istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
Tələblər:
- Ali hüquq təhsili
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Azərbaycan dili sərbəst,
- İngilis və rus dilləri əlavə üstünlükdür
İş şəraiti:
- Əmək haqqı 1500-2000 AZN
- İş rejimi 5 günlük
- İşçi telefon danışıq limiti, naharla təmin edilir.
CV e-mail ünvanına “hüquqşünas” başlığı ilə göndərməyiniz xahiş olunur.