Azərbaycan Respublikasının Mərkəzi Bankı
Böyük mütəxəssis (böyük data analitik)
Son tarix 05 dek 2024 - Müraciət et
Struktur bölmənin adı
Maliyyə monitorinqi üzrə siyasət və tənzimlənmə departamenti, Sahəvi risklərin təhlili və informasiya dəstəyi şöbəsi
Son müraciət tarixi: 04.12.2024
Vəzifənin funksiyaları:
- Data sahəsində keçirilən konfranslarda, seminarlarda, forumlarda, treninqlərdə və digər tədbirlərdə iştirak edir;
- Müvafiq qanunvericilikdə nəzərdə tutulmuş, habelə rəhbərliyin tapşırığına uyğun olaraq departamentin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə Mərkəzi Bankın aldığı texniki yardım layihələrində iştirak edir;
- Şöbənin vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətləri daxilində Mərkəzi Bankın struktur bölmələrinə sorğu verir və onlardan məlumatları (sənədləri) alır, zəruri məlumatların (sənədlərin) əldə edilməsi məqsədilə dövlət orqanlarına (qurumlarına) və maliyyə institutlarına sorğular hazırlayır;
- Səlahiyyətlərinə aid məsələlərlə bağlı şöbəyə daxil olan müraciətlərə baxır, zəruri hallarda müraciətdə qeyd olunan məsələlərlə bağlı araşdırmaları aparır, sorğu və məktublara cavablar hazırlayır;
- Maliyyə institutları üzrə metodoloji bazanın hazırlanması və təkmilləşdirilməsi proseslərində iştirak edərək aidiyyəti üzrə rəy və təkliflər verir;
- Departamentin əməliyyat, yoxlama planlarının və büdcə layihəsinin hazırlanmasında iştirak edir, təsdiq edilmiş planların icrasına nəzarət edir və planların icrasına dair məlumatı rəhbərliyə təqdim edir;
- ƏL/TM/KMM üzrə nəzarət strategiyasının hazırlanmasında iştirak edir, Departament tərəfindən istifadə edilən informasiya sistemlərinin (proqram təminatlarının) təkmilləşdirilməsi, eləcə də yeni sistemlərin tətbiqi üzrə təkliflər verir və müvafiq texniki tapşırıqların hazırlanmasında iştirak edir;
- Risk əsaslı nəzarətin tətbiqi üçün müvafiq informasiya və hesabatlıq sistemini formalaşdırır və əməliyyat inzibatçılığını həyata keçirir, habelə ƏL/TM/KMM üzrə nəzarət informasiya sistemləri alətlərinin tətbiqini təmin edir;
- Daimi data keyfiyyətinin yoxlayır;
- Departamentin hesabatları avtomatlaşdırır;
- Çıxarılan data üzərində vizualizasiya işlərini görür və effektiv hesabatlar tərtib edir;
- Qiymətləndirmə aparılması üçün modeli qurur;
- ƏL/TM/KM risklərini qiymətləndirilməsi üçün Mİ-larından data toplanması təmin edir;
Texniki kompetensiyalar
- Təqdimat və yazı bacarıqları
- Risklərin qiymətləndirilməsi üzrə biliklər
- Maliyyə sahəsində (bank, sığorta, qiymətli kağızlar, BOKT, valyuta mübadiləsi və s.) qanunvericilik bilikləri
- ƏL/TM/KMM sahəsində qanunvericilik bilikləri
- Biznes ehtiyaclarına uyğun interaktiv və cəlbedici dashboardlar yaratmaq bacarığı
- Vizuallaşdırma bacarıqları (Oracle BI, Power BI və ya digərləri)
Təcrübə
- İrihəcmli dataların işlənib hazırlanması sahəsində və Data analitikası, data istehsalı və ya data elmi ilə bağlı işlərlə əlaqəli 2 illik təcrübə
Təhsil
- Ali təhsil, Data Elmləri (Data Science), Statistika, Biznes, İqtisadiyyat və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi
Davranış kompetensiyaları
- Detallara diqqət yetirmək
- Dürüstlük, obyektivlik
- İdarəetmə (təşkiletmə, prioritetləşdirmə, tapşırıqların bölgüsü, resursların ayırması)
- İnnovativlik və kreativlik
- Komandada işləmə
- Qərar qəbuletmə
- Sahə üzrə müasir trendləri mütəmadi izləmə
- Tənqidi düşünmə, araşdırma və təhlil etmə
- Təşəbbüskarlıq
- Ünsiyyətqurma
Dil bacarığı
- Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı arzuolunandır
Kompüter bacarıqları
- MS Office proqramları (xüsusilə MS Excel), Oracle BI və ya Power BI və iri həcmli məlumatların təhlili üzrə proqram təminatı (SQL, Python, və s.) ilə işləmə bacarığı arzuolunandır
Sertifikatlar
- Oracle SQL Expert sertifikatı olanlara üstünlük verilir
Aparıcı mütəxəssis
Son tarix 05 dek 2024 - Müraciət et
Struktur bölmənin adı
Maliyyə monitorinqi üzrə siyasət və tənzimlənmə departamenti, Sahəvi risklərin təhlili və informasiya dəstəyi şöbəsi
Son müraciət tarixi: 04.12.2024
Vəzifənin funksiyaları:
- ƏL/TM/KMM sahəsində keçirilən konfranslarda, seminarlarda, forumlarda, treninqlərdə və digər tədbirlərdə iştirak edir.
- Rəhbərliyin tapşırığına uyğun olaraq Departamentin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir;
- Departamentin fəaliyyət istiqamətləri üzrə Mərkəzi Bankın aldığı texniki yardım layihələrində iştirak edir;
- Səlahiyyətlərinə aid məsələlərlə bağlı departamentə daxil olan müraciətlərə baxır, zəruri hallarda müraciətdə qeyd olunan məsələlərlə bağlı araşdırmaları aparır, sorğu və məktublara cavablar hazırlayır;
- Departamentin vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətləri daxilində Mərkəzi Bankın struktur bölmələrinə sorğu verir və onlardan məlumatları (sənədləri) alır, zəruri məlumatların (sənədlərin) əldə edilməsi məqsədilə dövlət orqanlarına (qurumlarına) və maliyyə institutlarına sorğuları hazırlayır;
- Risk əsaslı nəzarətin tətbiqi üçün müvafiq informasiya və hesabatlıq sistemini formalaşdırır və əməliyyat inzibatçılığını həyata keçirir, habelə ƏL/TM/KMM üzrə nəzarət informasiya sistemləri (SupTech) alətlərinin tətbiqini təmin edir;
- ƏL/TM/KMM sahələri üzrə analitik hesabatları və materialları hazırlayır, onları Mərkəzi Bankın rəhbərliyinə və aidiyyəti struktur bölmələrinə təqdim edir;
- Maliyyə institutlarına münasibətdə ƏL/TM/KM risklərini qiymətləndirir, bu məqsədlə maliyyə institutlarına məxsus və digər mənbəyi məlum olan məlumatları toplayır, emal edir, təhlil edir, müvafiq hesabatları hazırlayır, eləcə də ƏL/TM/KM risklərinin azalmasına istiqamətlənən müvafiq tədbirlərin həyata keçirilməsinə dair təkliflər verir;
Texniki kompetensiyalar
- Təqdimat və yazı bacarıqları
- Risklərin qiymətləndirilməsi üzrə biliklər
- Maliyyə sahəsində (bank, sığorta, qiymətli kağızlar, BOKT, valyuta mübadiləsi və s.) qanunvericilik bilikləri
- ƏL/TM/KMM sahəsində qanunvericilik bilikləri
Təcrübə
- ƏL/TMM, komplayens, audit, risklərin qiymətləndirilməsi, nəzarət, hüquq və ya analitik sahəsində 2 illik təcrübə
Təhsil
- Ali təhsil (iqtisadi/maliyyə/hüquq/bank/sığorta/kapital bazarı/informasiya texnologiyaları)
Davranış kompetensiyaları
- Detallara diqqət yetirmək
- Dürüstlük, obyektivlik
- İdarəetmə (təşkiletmə, prioritetləşdirmə, tapşırıqların bölgüsü, resursların ayırması)
- İnnovativlik və kreativlik
- Komandada işləmə
- Qərar qəbuletmə
- Sahə üzrə müasir trendləri mütəmadi izləmə
- Tənqidi düşünmə, araşdırma və təhlil etmə
- Təşəbbüskarlıq
- Ünsiyyətqurma
Dil bacarığı
- Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı arzuolunandır
Kompüter bacarıqları
- MS Office proqramları (xüsusilə MS Excel), İri həcmli məlumatların təhlili üzrə proqram təminatı (SQL, Python, və s.) ilə işləmə bacarığı arzuolunandır
Sertifikatlar
- ƏL/TMM, komplayens, audit, risklərin qiymətləndirilməsi, nəzarət, hüquq və ya analitik sahələrdə peşəkar sertifikatları olan namizədlərə üstünlük verilir