Azərbaycan Respublikasının Mərkəzi Bankı
Şöbə rəisi
Son tarix 05 okt 2025 - Müraciət et
Struktur bölmənin adı
- İnformasiya Texnologiyaları Əməliyyatları departamenti / Monitorinq şöbəsi
Vəzifənin funksiyaları:
- Mərkəzi Bankın müvafiq normativ qaydalarına uyğun olaraq, səlahiyyətləri daxilində departamentin ümumi işinin təşkil edilməsində iştirak edir;
- Departamentin strateji, taktiki və büdcə planının hazırlanmasında iştirak edir;
- Şöbənin əməkdaşları üçün vəzifə təlimatı və fərdi iş planının hazırlanmasını təmin edir, təhsil ehtiyaclarını müəyyən edilməsində iştirak edir, əməkdaşların fəaliyyətini qiymətləndirir və təsdiq üçün departamentin rəhbərliyinə təqdim edir;
- Vəzifə təlimatı və fərdi iş planında nəzərdə tutulmuş vəzifələrin şöbə əməkdaşları tərəfindən icrasını təmin edir və müvafiq nəzarəti həyata keçirir;
- Şöbənin əməkdaşlarının motivasiyası və onlara qarşı intizam tənbehlərinin tətbiq edilməsi barədə vəsatət qaldırır;
- AMB-nin digər normativ sənədləri ilə nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir;
- Monitorinqi həyata keçirilən sistemlərin davamlı və etibarlı fəaliyyətini təmin edir;
- Sistemlərin Ehtiyat Mərkəzində işlək vəziyyətdə saxlanılması, real rejimdə informasiya mübadiləsinin aparılmasının monitorinqini təmin edir;
- Şöbənin fəaliyyətinin təmin edilməsi üçün müvafiq normativ-hüquqi sənədlərin hazırlanmasını və təkmilləşdirilməsini təmin edir;
- Mübahisəli məsələləri müvafiq prosedur qaydalar əsasında həllini təmin edir;
- Dövrü audit yoxlamalarından yaranmış tələblərin icrasını təmin edir;
- Şöbənin avadanlıq, proqram təminatı və s. ehtiyaclarını müəyyənləşdirir;
- Şöbəyə daxil olan məktublar əsasında araşdırmaların aparılması, müvafiq arayışların hazırlanmasını təşkil edir;
- Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Texniki kompetensiyalar
- Linux tipli əməliyyat sistemlərinin idarəedilməsi üzrə texniki biliklər.
- Microsoft üzrə Əməliyyat sistemləri və servis proqram təmianatlarının idarəedilməsi üzrə texniki biliklər.
- Şəbəkə avadanlıqlarının idarəedilməsi üzrə biliklər.
- Virtualizasiya infrastrukturunun idarəedilməsi üzrə texniki biliklər.
- ITIL prinsipləri üzrə anlayışlar, proseslərin idarəedilməsi sahəsində biliklər.
- Application Performance Management üzrə biliklər.
- Monolit və Mikroservis arxitekturası üzrə monitorinq sahəsində biliklər.
- İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər
- Təqdimat və yazı bacarığı
- Layihələrin idarəetmə bacarığı
Təcrübə
- Müvafiq sahə üzrə 5 il iş təcrübəsi tələb olunur
Təhsil
- Tətbiqi Riyaziyyat və Kibernetika / Kompüter Elmlər və s İT yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur.
Dil bacarığı
- Azərbaycan dili (yüksək), İngilis dili (yüksək)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.