Azərbaycan Respublikasının Mərkəzi Bankı
İnsan resursları departamenti \ Təlim və tədrisin təşkili bölməsi \ Aparıcı mütəxəssis
Son tarix 16 iyn 2025 - Müraciət e
Vəzifənin funksiyaları:
- Təyin olunmuş departamentlərin təlim ehtiyaclarını qiymətləndirmək və ona uyğun proqramlar təklif etmək, illik planı hazırlamaq
- Təyin olunmuş departamentlərlə sıx əlaqələr quraraq həmin əməkdaşlar üçün təlim və inkişaf təcrübəsini təşkil etmək
- İnkişaf fəaliyyətlərinin effektivliyini və öyrənmə təcrübəsini ölçərək artırılması üçün müvafiq təkliflər hazırlamaq
- Adaptasiya təlim proqramlarını tətbiq edərək yeni işçilərin inteqrasiyasını dəstəkləmək
- Xüsusi hədəf qrupları ücün (liderlik, aşağı kompetensiya balı olan işçilər) təlim proqramları hazırlamaq
- Məcburi sertifikasiya təlimlərinin vaxtında icrasını təmin etmək
- Təcrübə proqramları çərçivəsində təcrübəçilərə öyrənmə və işləmə planı hazırlamaq və təqib etmək
- Daxili təlim sessiyalarının aparılmasında təlimçi kimi iştirak etmək
- Təlim ehtiyaclarına uyğun təlim materiallarını hazırlamaq və yeniləmək
- Daxili təlim proqramları üçün interaktiv və məqsədyönül məzmun yaratmaq
- Təlim proqramlarına dair lazımı kommunikasiya materialları hazırlamaq, müvafiq platformalarda paylaşmaq
- Təlim proqramları haqqında lazımı hesabatları tərtib etmək
- LMS-in funksionallığını artırmaq və e-təlim modullarının istifadəsini təşviq etmək
- Viva Learning üzrə modullar yaratmaq, modulların tətbiqini idarə etmək
Kompetensiyalar
Davranış kompetensiyaları
- Effektiv kommunikasiya bacarığı
- Emosional intellekt
- Nəticəyönümlülük
- Pozitiv yanaşma
- Sahibkarlıq ruhu
- Yaradıcılıq
Texniki kompetensiyalar
- Təhsilin təşkili və idarə edilməsi üzrə nəzəri və praktiki biliklər
- Qərar qəbul etmək qabiliyyəti
- Planlama və prioritetləşdirmə
- Auditoriya qarşısında çıxış qabiliyyəti
- Strateji düşüncə qabiliyyəti
- Analiz etmə qabiliyyəti
Təcrübə
- Öyrənmə və inkişaf üzrə 2 il iş təcrübəsi
Təhsil
- Ali təhsil
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə), Rus dili (üstünlük verilir)
Kompüter bacarıqları
- MS Office proqramları, xüsusilə MS Word, MS Excel və MS Power Point – yüksək səviyyədə
Əlavə tələblər
- LMS istifadəsi və təlim proqramları hazırlanması sahəsində təcrübə arzu olunandır
- Pedaqogika, Təhsil, Biznes idarəçiliyi və ya oxşar sahədə bakalavr dərəcəsi arzu olunandır
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.