Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır.
AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə assimetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 210-dan artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB İnformasiya texnologiyaları departamentinə Data analitiki üzrə vakansiyanı elan edir.
Vakansiya haqqında:
Vəzifə: Data analitik
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Müraciət üçün son tarix: 31.07.2023
Vəzifə öhdəlikləri və fəaliyyətlər:
- Skorinq sisteminin optimallaşdırılması, məlumatların analizi və məlumatlara uyğun yeni modellərin təklif olunması;
- Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
- Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması, yenidən öyrədilməsi;
- Məlumat bazalarından əldə edilən statistik datanın davamlı əsaslara təmizlənməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi;
- Xam və strukturlu məlumatın analiz edilərək trendin və “pattern”-lərin müəyyən edilməsi;
- “Machine learning” metodunun tətbiq edilməsi ilə prediktiv data modellərin hazırlanması;
- Tarixi məlumatlardan istifadə etməklə modellərin qurulması, gələcək haqqında proqnoz vermək üçün modellərdən istifadə edilməsi.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Səlis Azərbaycan və İngilis dili (Rus dili biliyi arzuolunandır);
- Sahə üzrə 1-3 il iş təcrübəsi;
- Python və ya R proqramlaşdırma dilləri üzrə biliklər;
- SQL dilini yüksək səviyyədə bilmək (analitik funksiyalarla işləmə bacarığı);
- Analitik tool-larla işləmə bacarığı;
- Yüksək səviyyədə MS Excel biliyi;
- Datanın proqnozlaşdırma və ssenari modelləşdirmələri üçün hazır hala gətirilməsi üçün mürəkkəb analitik proqramlar, Machine Learning (avtomatik öyrənmə) və statistik metodlarla işləmək bacarığı;
- Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq (Power BI, Qlik, Tableau).
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər;
Digər bacarıqları:
- Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti;
- Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsi;
- Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
- Stressə davamlılıq;
Maraqlanan namizədlər CV-lərini emailin mövzu (subject) hissəsinə Data analitik qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.