ADY Container
Satış şöbəsinin mütəxəssisi
Son tarix 29 iyn 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Yük daşınmaları üçün müştəri tərəfindən göndərilən sorğunu operativ və tam cavablandırmaq;
- Beynəlxalq və Multimodal sorğular üzrə marşruta uyğun informasiyanı tam yığmaq, yük daşınmaları üzrə qiyməti dəqiqləşdirmək və müştəriyə təqdim etmək;
- Dəmiryolu stansiyaları üzrə müştərilərə stansiya xərcləri və kodları barədə məlumat vermək, müştərilərin müvafiq stansiyalarla əlaqələndirilməsini təşkil etmək;
- İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hesablamaq;
- Müxtəlif marşrutların tariflərinin müqayisə edilməsi məqsədilə coğrafi və digər bilikləri müntəzəm olaraq təkmilləşdirmək;
- Sifarişlərin cəmiyyətin daxili proqram təminatına işlənməsi, müştərilərə daşıma kodlarını təqdim etmək;
- Cari yük daşınmaları üzrə dövri hesabatlar hazırlamaq;
- Yerli və xarici daşıma şirkətləri ilə istər müştəri, istərsə də partnyor qismində cəlb edilməsi məqsədilə danışıqlar aparmaq;
- Tarif bazasının formalaşdırılması, elektonlaşdırılması və mütəmadi yenilənməsində iştirak etmək;
- Yeni əmrlər, güzəştlər barədə məlumatlı olmaq və bunların tətbiqini bilavasitə həyata keçirmək;
- Borclu müştərilərin pul vəsaitlərinin qaytarılmasına nəzarət etmək;
- Müştərilərlə üzləşmə aparmaq, bunun üçün lazım olan daşıma informasiyasının müştərilərə çatdırılmasını təmin etmək;
- Şöbənin illik büdcəsinin hazırlanması və ona dəyişikliklər barədə təkliflər vermək
- Şöbənin əsasnaməsi, bu vəzifə təlimatı və cəmiyyətin korporativ hüquqi aktları, habelə rəhbərlik tərəfindən müəyyən edilən digər vəzifələri icra etmək.
Namizədə olan tələblər:
- Ali təhsil: müvafiq sahə üzrə
- İş stajı: 1 il (beynəlxalq yükdaşımalar sahəsi üzrə olması arzuolunandır)
- Dil biliyi: Rus dili (ingilis dili üstünlükdür)
- Rəqəmsal bacarıqlar: MS office (orta səviyyə)
- Satış texnikaları sahəsi üzrə yazılı və şifahi ünsiyyət;
- Marketinq kommunikasiyaları üzrə biliklər
- Bazar iqtisadiyyatının əsasları
- İNCOTERMS qaydaları
- Logistika üzrə biliklər
- Yazılı ünsiyyət. planlaşdırma, əlaqələndirmə, məlumatların idarə edilməsi, vaxtın effektiv idarə edilməsi, diqqətlilik
İş qrafiki:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13A
Üstünlüklərimiz:
- Nahar ilə təmin edilmə;
- Könüllü tibbi sığorta;
- Korporativ nömrə və danışıq limiti;
- Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı və karyera yüksəlişi.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Satış şöbəsinin mütəxəssisi” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.
Logistika şöbəsinin mütəxəssisi
Son tarix 29 iyn 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- ADY tərəfindən bağlanmış satınalma və xidmət müqavilələrində qeyd edilmiş öhdəliklərin vaxtında icra edilməsi üçün lazım olan sənədləri toplamaq;
- Müqavilələr üzrə daxil olan malların adını, texniki göstəricilərini, sayını qaimə və akt üzrə yoxlamaq və həmin müqavilələr üzrə mal axınına nəzarət etmək;
- Mərkəzi anbara təhvil verilən mallar və xidmətlər üzrə hazırlanan elektron qaimələrdə qeyd edilən məbləğlərin müqavilənin şərtlərinə uyğunluğunun yoxlandıqdan sonra ödənişə təqdim etmək;
- Ödənişə göndərilən müqavilələr üzrə məbləğləri özündə əks etdirən qeydiyyat sisteminə bütün məlumatların vaxtında qeyd edilməsi, qeyd edilən məlumatların doğruluğunu yoxlamaq;
- ADY tərəfindən bağlanmış bütün müqavilələr üzrə həm mal axını, həm ödəniş tərəfinin detallı hesabatını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- ADY və xarici şirkətlər arasında imzalanmış müqavilələrə əsasən idxal və ixrac ediləcək yüklərə aid gömrük rəsmiləşməsi üçün təqdim edilmiş sənədləri yoxlamaq, aşkar edilmiş nöqsanlar barəsində müvafiq şəxslərə vaxtında məlumat vermək və prosesi izləmək;
- Gömrük rəsmiləşməsi üçün təqdim edilmiş sənədlər əsasında bütün növ gömrük bəyannamələrini (idxal, ixrac, təkrar idxal, müvəqqəti idxal, müvəqqəti ixrac, xaricdə emal və.s) tərtib etmək;
- AR Dövlət Gömrük Komitəsinin elektron sistemində bəyan etmək, tərtib olunmuş gömrük bəyannamələrinin AR Dövlət Gömrük Komitəsinin elektron sistemində təqib etmək;
- Rəsmiləşdirmə başa çatdıqdan sonra malları mərkəzi anbara təhvil vermək, qruppaj olduğu təqdirdə malları qarşılamaq və mərkəzi anbara təhvil vermək;
- Maliyyə məktublarını yazıb maliyyə departamentinə təqdim etmək.
Namizədə olan tələblər:
- Ali təhsil: müvafiq sahə üzrə
- İş stajı: 1 il (beynəlxalq yükdaşımalar sahəsi üzrə olması arzuolunandır)
- Dil biliyi: Rus dili (ingilis dili üstünlükdür)
- Rəqəmsal bacarıqlar: MS office (orta səviyyə)
- Gömrük işinin təşkili və logistika ilə bağlı biliklər;
- Azərbaycan Respublikasının Gömrük qanunvericiliyi;
- Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları
- Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal və ixrac gömrük rüsumlarının dərəcələri
- Loqistika üzrə yeni beynəlxalq normativlər üzrə biliklər
- Yazılı ünsiyyət, şifahi ifadə, məlumatların idarə edilməsi, vaxtın effektiv idarə edilməsi, planlaşdırma, əlaqələndirmə, diqqətlilik bacarıqları.
İş qrafiki:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13A
Üstünlüklərimiz:
- Nahar ilə təmin edilmə;
- Könüllü tibbi sığorta;
- Korporativ nömrə və danışıq limiti;
- Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı və karyera yüksəlişi.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “logistika şöbəsinin mütəxəssisi” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər