Azərbaycan Dəmir Yolları
Hüquq məsləhətçisi
Son tarix 22 okt 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi sənədlərin layihələrini hazırlamaq;
- Qərar, əmr, sərəncam, müqavilə, məktub və digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə baxmaq, həmin layihələrə münasibət bildirmək;
- Struktur bölmələrindən daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək;
- Məhkəmələrdə müəssisəni təmsil etmək;
- İcrada olan işlərə qanunvericiliyin tələbinə uyğun şəkildə baxmaq, rəy vermək və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasını təmin etmək;
- Qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış məsələlərə münasibət bildirilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) və cavab məktublarının layihələrinə baxmaq, həmin layihələrə münasibət bildirmək;
- Daxili tənzimləyici sənədlərin layihəsini hazırlamaq, digər hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərini yerinə yetirmək;
- Qanunvericiliyə uyğun olaraq kommersiya sirri, digər konfidensial və xidməti məlumatları qorumaq;
- Müxtəlif qurumlardan, dövlət strukturlarından və əhalidən daxil olan ərizə, məktub və müqavilələrə vaxtında və qanuna müvafiq qaydada baxılmasını təmin etmək;
- Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinə cəlb edilmiş işçilərin protokol və əmrlərini sənədləşdirmək;
- Vəzifə və funksiyalarına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək.
Namizədə dair tələblər:
- Ali Hüquq təhsili (Magistr təhsilinin olması üstünlükdür);
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il;
- Xarici dil: Rus dili-yaxşı, İngilis dili- orta;
- Kompüter bilikləri: MS Office (yaxşı səviyyədə);
- Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, İnzibati Xətalar Məcəlləsinin tələblərini, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununu mükəmməl səviyyədə bilməli;
Tələb olunan funksional keyfiyyət meyarları:
- Məlumat əldə etmə
- Diqqətlilik
- İntizamlılıq
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günü.
Müraciət etmə qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər 06.10.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İnsan resursları əməliyyatları üzrə mütəxəssis
Son tarix 02 okt 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin həyata keçirilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qorunmasının təmin edilməsi;
- İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) işlənilməsi;
- Şöbənin fəaliyyəti çərçivəsində proseslərin avtomatlaşdırılmasında iştirak edilməsi;
- Şöbə üzrə müvafiq qaydaların işlənilməsi, təkmilləşdirilməsi prosesində iştirak edilməsi və tətbiqinin təmin edilməsi;
- Kadr əməliyyatlarına dair görülən işlərlə bağlı müvafiq hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali;
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
- Kompüter bilikləri: MS Office (yaxşı səviyyədə);
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli;
- İnsan resurslarının idarəolunması, prosedurları haqqında biliklərə sahib olmalı;
- Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimatlardan anlayışlı olmalı;
- Namizədlərin İngilis dili biliyinin olması arzuolunandır;
Tələb olunan funksional keyfiyyət meyarları:
- Problem həlletmə;
- Kommunikabellilik;
- Diqqətlilik.
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günü.
Müraciət etmə qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər 01.10.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.