Azərbaycan Dəmir Yolları
Xidmət keyfiyyətinin ölçülməsi şöbəsinin rəisi
Son tarix 29 sen 2023 - Müraciət et
İşin təsviri:
- Sərnişinlərə xidmət strukturlarında göstərilən xidmət və keyfiyyəti ölçmək və qiymətləndirmək;
- Sərnişin xidməti strukturlarının xidmət və keyfiyyət göstəricisi üzrə hesabatları hazırlamaq;
- Müştəri xidməti strukturlarının məsafədən və yerində monitorinqləri aparmaq; Sərnişinlərə xidmət standartlarına uyğun xidmət göstərilmədikdə araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı təkliflər vermək;
- Şöbənin fəaliyyətinə dair görülmüş işlər barədə hesabatlar hazırlamaq;
- Departamentə daxil olan ərizə, şikayət və təklifləri araşdırmaq və onların həlli istiqamətində işlər aparmaq;
- Sərnişinlərə xidmət göstərən əməkdaşların işinə nəzarət etmək, qiymətləndirmək;
- Sərnişinlərə xidmət göstərən əməkdaşların təlim ehtiyaclarını müəyyənləşdirmək və bu istiqamətdə təkliflər hazırlamaq.
Tələblər:
- Ali təhsil ;
- İş təcrübəsi – 3 il ( sahə üzrə 2 il, rəhbər vəzifədə 1 il)
- İngilis dili – yaxşı, rus dili – yaxşı ;
- MS Office – yaxşı;
- Motivasiya, komanda işi, nəticəyönümlülük, etibaryaratma, məsuliyyət kimi fərdi keyfiyyət meyarlarına, keyfiyyətyönümlülük, analitik düşüncə, problem həlletmə kimi funksional keyfiyyət meyarlarına sahib olmalı;
- Xidmət keyfiyyətlərin ölçülməsi üçün standartların yaradılması üzrə biliklər;
- Xidmət keyfiyyətlərin ölçülməsi lə bağlı dünya təcrübəsinə dair biliklər;
- Xidmət keyfiyyəti ilə bağlı aşkarlanan qüsur və çatışmazlıqların aradan qaldırılmasına dair biliklər.
Əmək şəraiti:
- İş qrafiki – 5 günlük 09:00-18:00;
- Təminatlar: “Push30” platformasına korporativ üzvlük
Müraciət etmə qaydaları:
- Uyğun namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
- Son müraciət tarixi : 28.09.2023 ( Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır)