Azərbaycan Banklar Assosiasiyası
Kiçik mütəxəssis
Son tarix 01 okt 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- İqtisadi və maliyyə göstəriciləri üzrə ilkin təhlillərin aparılması və sadə hesabatların hazırlanmasında iştirak;
- Müvafiq məlumatların (statistik və keyfiyyət göstəriciləri) toplanmasına və emalına dəstək göstərmək;
- Dövlət proqramları çərçivəsində keçirilən tədbirlərin təşkili və icrasında komandaya kömək etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsinə məsuliyyətlə yanaşmaq;
- Layihə və təşəbbüslərlə bağlı araşdırmaların aparılmasına, məlumat bazalarının hazırlanmasına kömək etmək.
Namizədə tələblər:
- İqtisadiyyat, maliyyə və ya idarəetmə sahəsində ali təhsil;
- Yüksək analitik düşüncə və öyrənməyə motivasiya;
- Məsuliyyətli, diqqətli və təşəbbüskar yanaşma;
- Komandada işləmək və fikir mübadiləsi aparmaq bacarığı;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı
Dil biliyi:
- Azərbaycan dili səlis
- İngilis dili yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı
Sizi peşəkar komandanın üzvü olmağa dəvət edirik!
Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi vəzifə adı göstərilməklə Müraciət Et düyməsindəki email adresinə göndərə bilərsiniz.