Azərbaycan Kredit Bürosu (AKB) mühasib vəzifəsi üzrə vakansiya elan edir
FED.az xəbər verir ki, Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 250-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-yə mühasib axtarılır.
Vakansiya haqqında:
Vəzifə: Mühasib
Tələblər:
- Ali təhsil (maliyyə-mühasibatlıq, iqtisadiyyat üzrə):
- Mühasibatlıq sahəsində azı 1 il iş təcrübəsi;
- 1C 8.3, Office (Excel, Word, Outlook) və BTP proqramlarında işləmə bacarığı;
- E-taxes, ƏMAS, E-gov, internet bankinq və digər portallardan istifadə bacarığı;
- Əla səviyyədə ingilis və yaxşı səviyyədə rus dili biliyi;
- ACCA F3 sertifikatının olması arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Elektron-qaimələrin, hesab-fakturaların tərtib edilib göndərilməsi:
- Debitor və kreditorlarla olan üzləşmə aktlarının hazırlanması və göndərilməsi;
- Tərəfdaşlardan daxil olan təhvil-təslim sənədlərinin yoxlanılması və ödənişlərin müvafiq qaydada həyata keçirilməsi;
- Aylıq əmək haqlarının hesablanması;
- Gündəlik əməliyyatların 1C 8.3 (KA versiyası) proqram təminatına daxil edilməsi;
- Bütün növ mühasibatlıq sənədlərinin işlənməsi və qorunub saxlanması, müvafiq qovluqlara yerləşdirilməsinin təmin edilməsi;
- Əsas vəsaitlərin inventarizasiyasında iştirak;
- Rəhbərliyin verdiyi digər tapşırıqların vaxtında və düzgün icra edilməsi;
Maraqlanan namizədlər CV-lərini mövzu olaraq “kiçik mühasib” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.