Azərbaycan Kredit Bürosu PL/SQL Developer vəzifəsi üzrə vakansiya elan edir.
FED.az xəbər verir ki, Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır.
AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 250-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin IT Departamentinə kiçik sistem inzibatçısı axtarılır.
Vakansiya haqqında:
Departament: İnformasiya Texnologiyaları Departamenti
Vəzifə: PL/SQL Developer
Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər:
- Biznes struktundan daxil olan sorğuların cavablandırılması
- Biznesin tələblərinə cavab verən yeni hesabat formalarının qurulması, cari formaların optimizasiyası
- Analitik düşünmə bacarığı
- Hazır proqram təminatlarında əlavələr və dəyişiklik edilməsi;
- Mövcud SQL sorğuların daimi gözdən keçirilməsi və optimallaşdırılması;
- Proseslərin avtomatlaşdırılması ilə bağlı layihələrdə iştirak;
- Proqram təminatlarında biznes proseslərin test edilməsi;
- Sistemin və servislərin işləkliyini daim nəzarətdə saxlamaq;
- Emal edilən, saxlanılan və ya əldə edilən məlumatlarla bağlı məxfiliyi qorumaq;
- BPMN bilikləri
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali təhsil (kompüter mühəndisliyi, informatika, tətbiqi riyaziyyat);
- VBİS-in ORACLE üzrə idarə edilməsinə dair ən azı 1 il iş təcrübəsi ( PostgreSQL üzrə biliklərin olması arzu olunandır);
- JSON, XML üzrə biliklər, SOAP, REST protokolları üzrə bilik və təcrübə;
- SQL sorğu dili və PL/SQL üzrə iş təcrübəsi;
- Microsoft office proqramları ilə işləmə bacarığı;
- Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq;
- Səlis Azərbaycan, yaxşı səviyyədə ingilis və rus dili bilikləri;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Maraqlanan namizədlər CV-lərini mövzu olaraq “PL/SQL Developer” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.