Məşhur rusiyalı milyonçu, «Telegram» sosial şəbəkəsinin təsisçisi Pavel Durov ABŞ-a köçməmək üçün 7 səbəb səsləndirib.
Eləcə də bax: Tramp ABŞ-a immiqrasiyanı - İKİ AY MÜDDƏTİNƏ DAYANDIRDI
FED.az xəbər verir ki, ABŞ-dakı çatışmazlıqlar arasında o, yüksək vergiləri, səhiyyə sisteminin pis işləməsini və sərt qanun vericiliyi göstərib.
Öz bloqunda ABŞ-da yaşamağın müsbət və mənfi tərəflərindən bəhs edən Pavel Durov bildirib ki, Silikon Vadisində ona tanış rusiyalı biznesmenlərin bir hissəsi vaxtlarını faktiki olaraq Rusiyada keçirir, başqaları Avropaya qayıdıb, bir hissəsi isə ABŞ-da qalsalar da amerikalılarla deyil, Rusiyadan gəlmələrlə işləməyə başlayıblar.
«Telegram»ın təsisçisi ABŞ-da yaşamamaq üçün 7 səbəb göstərib.
Birinci səbəb, bu sərt polis ölkəsidir, hansı ki, həbsxanada olanların sayına görə dünyada liderdir. «Telegram» təsisçisi xatırlayıb ki, 2016-cı ildə San-Fransiskoya köçərkən o da FTB-nin təzyiqi ilə üzləşib.
İkinci səbəb, əlçatan olmayan səhiyyə xidmətləri. Durov bildirib ki, orta hesabla ABŞ vətəndaşları sağlam deyillər. Belə ki. ABŞ inkişaf ölkələr arasında insanların piylənməsinə görə liderdir. Emiqrantların çoxu isə müalicə olunmaq üçün Şərqi Avropaya uçurlar.
Üçüncü səbəb – Silikon Vadisidir. Durov deyir ki, bura məhdud mədəni həyatı olan bir neçə kənddən ibarət ərazidir. Ən yaxın şəhər olan San-Fransisko da meqopolis deyil, amma burada cinayətkarlıq səviyyəsi və evsizlərin sayı yüksəkdir.
Üçüncü səbəb – zəif səviyyəli orta təhsildir.
Dördüncü səbəb – yüksək vergilərdir.
Beşinci səbəb – texnoloji biznes aparmaq üçün yüksək xərclərin tələb olunmasıdır.
Altıncı səbəb isə – perspektivlərin zəif olmasıdır. Çünki durovun fikrincə, ABŞ bazarı artıq «doyub» və dünya internetinin həddən artıq tənzimlənən seqmentidir.
Durov hesab edir ki, hazırda sosial media sahəsində ən uğurlu layihələr Silikon Vadisindən kənarda yaranır. «Misal olaraq 800 milyon istifadəçisi olan TikTok-u və 400 milyon istifadəçisi olan Telegram-ı göstərmək olar.
Qeyd edək ki, bir müddət ABŞ-da işləyən Pavel Durov 2017-ci ildə birləşmiş Ərəb Əmirliklərinə köçüb. Səbəbi burada vergilərin olmamasıdır: «bu prinsip məsələsidir. Qərbdə çoxları başa düşmür ki, yüksək vergilər onların fəaliyyətini nə qədər məhdudlaşdırır. Bəzi hallarda gəlirin yarıdan çoxu vergilərə gedə bilər. Bu o deməkdir ki, ilin 180 gününü sən dövlət üçün işləyirsən. Düşünürəm ki, mən qazandığım pulları daha yaxşı istifadə edə bilərəm»-deyə iş adamı «Bloomberg»a müsahibəsində bildirib.
Qeyd edək ki, ötən ilin payızında ABŞ-ın Qiymətli kağızlar komitəsi (SEC) Durovun şirkətinin buraxmağa hazırlaşdığı Gram kriptovalyutasına qadağa qoyub. Nəticədə Durovun öz qardaşı ilə üzərində iki il işlədiyi TON blokçeyn-platformasının işə düşməsi sual altında qalıb. Nəticədə Durov bu platformanın yaradılması üçün cəlb etdiyi 1,7 milyard dollar vəsaitin bir hissəsini geri qaytarmalı olacaq.