Şuşa hotelləri 2025-ci ilin I rübü ərzində 2 milyon 675,5 min manat xərcə qarşı cəmi 1 milyon 814,5 min manat gəlir əldə edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da gəlirlərin xərclərdən xeyli az olması nəticəsində hotellərin 861 milyon manat zərər etmələri ilə nəticələnib.
Son bir illə müqayisədə gəlirlər 1 milyon 216,9 min manat və ya 32,9%, xərclər 367,3 min manat və ya 15,9% artasa da, zərər isə 849,6 min manat və ya 49,7% azalıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə Şuşa hotelləri cəmi 1 milyon 710,6 min manat zərər etmişdi. Belə ki, hotellərin əldə etdiyi gəlirlər 597,6 min manat, xərclər isə 2 milyon 308,2 min manat idi.
Gəlirlərin sürətli artımı, xərclərin zəif artım tempini üstələdiyindən zərərdə iki dəfə azalma baş evrməsinə təsir edib.