Avqustun 31-dən etibarən “İrAero” aviaşirkəti Krasnoyarsk-Bakı marşrutu üzrə reyslərin sayını iki dəfə artıracaq.
Gürcüstan aviaşirkəti Tbilisi-Bakı - UÇUŞLARINA BAŞLAYIR - TARİX
FED.az xəbər verir ki, avqustun 31-dən “İrAero” Kranoyarskdan Bakıya həftənin cümə axşamı günləri əlavə reys açır. Beləliklə, aviaşirkətin təyyarələri cümə axşamı və bazar günləri Azərbaycan paytaxtına uçuş həyata keçirəcəklər. Cümə axşamı Krasnoyarskdan uçuş 20:20-də, Bakıya eniş – 22:10-da olacaq. Əks istiqamətdə Bakıdan uçuş 11:30-da, Krasnoyarskda eniş 19:10-da olacaq. Hər hava limanı üçün yerli vaxt qeyd olunub. Uçuş müddəti 4,5 saatdır.
Cümə axşamı reyslər 2023-cü il avqustun 31-dən sentyabrın 28-dək yerinə yetiriləcək.
Aviaşirkətin məlumatına görə, oktybr ayında reyslər həftənin cümə axşamı günləri ayın 5-dən 26-dək həyata keçiriləcək. Krasnoyarskdan uçuş saat 18:55-də, Bakıya eniş saat 20:45-də olacaq. Əks istiqamətdə Bakıdan uçuş 10:00-da, Krasnoyarskda eniş saat 17:40-da olacaq.
Həftənin bazar günləri Kranoyarskdan uçuş saat 18:00-da, Bakı Hava Limanına eniş saat 19:50-də olacaq. Əks istiqamətdə Bakıdan uçuş saat 9:10-da, Krasnoyarskda eniş yerli vaxtla 16:50-də olacaq.
Qeyd olunan istiqamətlər üzrə reyslər «SSJ 100» laynerləri ilə yerinə yetirilir. (İnterfaks-Azərbaycan)