Ölkənin aparıcı turizm şirkətlərindən olan "Amazon Travel" şirkətinin təsisçisi və direktoru Seymur Allahverdiyev Avropada 10 günlük işgüzar səfərdədir.
FED.az xəbər verir ki, səfər çərçivəsində S.Allahverdiyev Azərbaycan Respublikasının İsveçrədəki hazırkı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərovla görüşüb. Ziyarət əsnasında səfirlə məhsuldar görüş keçirilib, Azərbaycanın turzim potensialı ilə müzakirələr edilib.
S.Allahverdiyev qeyd edib ki, biz "Amazon Travel" olaraq ölkəmizə daha çox turistin gəlməsində maraqlıyıq. Xüsusən də növbəti il nəinki körfəz ölkələri, həmçinin Avropa və Çin istiqaməti üzrə də turistlərin cəlb olunması istiqamətində müvafiq işlər görəcəyik. Çünki turist axını həm ölkəyə valyutanın daxil olması, həmdə ölkəmizin tanınmasında böyük rol oynayır.
Qeyd edək ki, artıq səfərin 4-cü günü arxada qalıb. Bu günə kimi Fransa, İsveçrə, Almaniyaya səfərlər başa çatıb. Səfərin əsas məqsədi biznes əlaqələrinin genişləndirilməsi, yeni tərəfdaşların cəlb olunması və ölkəmizin tanıdılmasıdır.




!["Amazon Travel" şirkətinin rəhbəri Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində olub -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/613842.png)
!["Amazon Travel" şirkətinin rəhbəri Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində olub -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/705594.png)
!["Amazon Travel" şirkətinin rəhbəri Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində olub -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/409373.png)
!["Amazon Travel" şirkətinin rəhbəri Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində olub -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/2635013.png)









