Pakistan hakimiyyəti avqustun 14-dən Özbəkistan da daxil olmaqla 126 ölkənin vətəndaşları üçün viza rüsumlarını ləğv edib.
FED.az xəbər verir ki, bu barədə Visasnews məlumat yayıb.
Pakistanın baş naziri Şehbaz Şərif bu ilin iyul ayında bildirib ki, 126 ölkədən olan iş adamları, investorlar və turistlərə 24 saat ərzində onlayn viza veriləcək.
Siyahıda olan ölkələrin vətəndaşlarına 24 saat ərzində 90 gün müddətinə turist və işgüzar məqsədlər üçün pulsuz viza veriləcək. Onlar üçün viza müraciəti prosesi də xeyli sadələşəcək.
Siyahıya bütün Aİ ölkələri, bəzi Yaxın Şərq dövlətləri, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Belarusiya kimi ölkələr daxildir.
Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman və Qətər vətəndaşları Pakistana gəldikdən sonra pasportlarını təqdim etməklə pulsuz viza ala biləcəklər.