İsveç hökuməti vətəndaşlıq almaq istəyənlər üçün tələbləri sərtləşdirmək üzrə yeni təkliflər təqdim edib.
Azərbaycan vətəndaşları 72 ölkəyə vizasız səfər edə bilər
FED.az xəbər verir ki, müraciət etməzdən əvvəl ölkədə yaşama müddətinin beş ildən səkkiz ilədək, şəxsiyyətini təsdiq edə bilməyənlər üçün isə bu müddətin on ilədək artırılması əsas dəyişikliklər sırasına daxildir.
Yeni şərtlərə imtahanla təsdiqlənmiş İsveç dili və cəmiyyətinin məcburi bilikləri, həmçinin işdən və ya sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir vasitəsilə özünü təmin etmək tələbi daxildir. Borcu, cinayəti olan və ya təhlükəsizlik üçün təhdid hesab edilən şəxslər vətəndaşlıq üçün müraciət edə bilməyəcəklər.
Miqrasiya naziri Yohan Forssel vurğulayıb ki, vətəndaşlıq qazanılmalı və uğurlu inteqrasiyanın nəticəsi olmalıdır. Lakin Mərkəz Partiyası bu dəyişiklikləri tənqid edib. Partiyanın miqrasiya siyasəti sözçüsü bildirib: “On üç ilə qədər gözləmək, xüsusən də iqtisadiyyata mühüm töhfə verən əməkçi miqrantlar üçün qəbuledilməzdir”.
Həmçinin vətəndaşlıq üçün ərizə verənlərə dövlət rüsumunun 1400-dən (154 dollar) 2900 krona (319 dollar) qədər artırılması təklif edilir. Qanuna dəyişikliklərin 2026-cı il iyunun 1-dən tətbiq edilməsi planlaşdırılır. (Azərtac)