2025-ci ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,1 faiz azalaraq 296,3 min nəfər olub.
Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,4 faiz, Gürcüstana gedənlərin sayı 17,4 faiz artıb, Türkiyəyə gedənlərin sayı 2,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 27,7 faiz azalıb. Azərbaycan vətəndaşlarının 36,9 faizi Türkiyəyə, 15,8 faizi Rusiya Federasiyasına, 11,4 faizi Gürcüstana, 10,7 faizi İrana, 25,2 faizi digər ölkələrə səfər ediblər.
Gedənlərin 67,5 faizini kişilər, 32,5 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,1 faizi hava, 29,7 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.