2025-ci ildə Hindistandan Azərbaycana 166 min 944 nəfər səfər edib.
Biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən illə müqayisədə Hindistandan gələn şəxslərin sayı 76 min 689 nəfər və ya 31,5% azalıb.
2024-cü ildə bu göstərici 243 min 633 nəfər təşkil edib.
Səfər edənlərin 156 816 nəfəri (93,9%-i) turizm məqsədilə gəlib ki, bu da illik müqayisədə 78 809 nəfər və ya 33,4% azdır. Ötən ilin eyni dövründə turizm məqsədli səfərlər 235 625 nəfər olub.
Əksinə, digər məqsədlərlə gələnlərin sayı 2 min 120 nəfər və ya 26,5% artaraq 10 min 128 nəfərə çatıb (2024-cü ildə 8 008 nəfər).
36-45 yaş qrupunda 2025-ci ildə 35 min 43 nəfər gəlib ki, bu da illik müqayisədə 17 min 352 nəfər və ya 33,1% azdır.2024-cü ildə bu rəqəm 52 min 395 nəfər olub.
46-55 yaş qrupunda 2025-ci ildə 32 min 877 nəfər gəlib. Bu yaş qruplarında illik müqayisədə 21 min 867 nəfər və ya 39,9% azalma qeydə alınb. 2024-cü ildə bu rəqəm 54 min 744 nəfər olub.
26-35 yaş qrupunda 2025-ci ildə 26 039 nəfər gəlib ki. Bu da 2024-cü ilə nəzərən 18 min 462 nəfər və ya 41,5% azdır. Əvvəlki ilin eyni dövründə bu rəqəm 44 min 501 nəfər olub.
17 yaşadək olan turistlərin sayı 2025-ci ildə 22 939 nəfər təşkil edib ki, bu da illik müqayisədə 5 min 865 nəfər və ya 20,4% azdır. Əvvəlki ilin eyni dövründə bu göstərici 28 min 804 nəfər olub.
17-25 yaş qrupunda 2025-ci ildə 21 min 837 nəfər gəlib. İl ərzində 3 min 54 nəfər və ya 12,3% azalma baş verib. 2024-cü ildə bu yaş qrupunda gələnlər 24 891 nəfər olub.
56-65 yaş qrupunda 2025-ci ildə 11 min 120 nəfər gəlib ki, bu da illik müqayisədə 7 min 936 nəfər və ya 41,6% azdır. Əvvəlki ilin eyni dövründə bu rəqəm 19 min 56 nəfər olub.
66 və yuxarı yaş qrupunda 2025-ci ildə 6 min 961 nəfər gəlib ki, bu da illik müqayisədə 4 min 273 nəfər və ya 38,0% azdır. Ötən ilin eyni dövründə bu rəqəm 11 234 nəfər olub.
2025-ci ildə Hindistandan turizm məqsədilə gələn və iqtisadi fəallığı qeydə alınan 122 min 118 nəfərin sosial-iqtisadi profilində maraqlı yerdəyişmə müşahidə olunub. Əvvəlki ildən fərqli olaraq, ötən il ölkəmizə gələn hindistanlılar arasında öz işi olanlar (özünüməşğullar) maaşla işləyənləri üstələyib.
Özünüməşğul şəxslər: 2025-ci ildə bu kateqoriyadan olan turistlərin sayı 59 907 nəfər təşkil edib. Bu, Hindistandan gələn turistlərin ümumi iqtisadi profilinin 49,1%-ni təşkil edir. Müqayisə üçün, 2024-cü ildə bu rəqəm 92 407 nəfər olub.
Muzdla işləyənlər (Maaşlı işçilər): Ötən il ölkəmizə gələn maaşlı hindistanlı işçilərin sayı 56 838 nəfər olub. 2024-cü ildə bu göstərici 95 261 nəfər idi ki, bu da bir il ərzində 38 423 nəfərlik (təxminən 40,3%) kəskin azalma deməkdir.
İqtisadi qeyri-fəal olanlar: . 2025-ci ildə bu qrupdan olan Hindistan vətəndaşlarının sayı 5 373 nəfər olub ki, bu da 2024-cü illə müqayisədə (13 205 nəfər) 59,3% azalma deməkdir.
Maraqlıdır ki, 2024-cü ildə gələnlər arasında 409 nəfər işsiz şəxs qeydə alındığı halda, 2025-ci ildə bu kateqoriya üzrə heç bir şəxs qeydə alınmayıb.
2025-ci ildə Hindistandan gələn turistlərin Azərbaycanda keçirdiyi gecələmələrin ümumi sayı 665 882 gecə təşkil edib. Bu göstərici ötən illə müqayisədə 274 888 gecə və ya 29,2% azalıb. 2024-cü ildə hindistanlı turistlər ölkəmizdə cəmi 940 770 gecə keçirmişdilər.
Yerləşmə vasitələri üzrə müqayisəli göstəricilər:
Mehmanxana (hotel) və mehmanxana tipli obyektlər: Hindistanlılar ən çox hotellərdə gecələməyə üstünlük veriblər – 373 224 gecə. Lakin bu göstərici 2024-cü illə müqayisədə 165 078 gecə və ya 30,7% azalıb (2024-cü ildə 538 302 gecə).
Kirayə götürülmüş evlər: Bu vasitə üzrə gecələmələrin sayı 230 852 olub. Ötən illə müqayisədə azalma nisbətən az – 31 459 gecə və ya 12,0% təşkil edib (2024-cü ildə 262 311 gecə).
Özünə və ya ailə üzvlərinə məxsus mənzillər: Burada kəskin azalma müşahidə olunur. Gecələmə sayı 135 017-dən 61 806-ya düşüb (yarıdan çox – 54,2% azalma).
Qohumların və ya dostların evi: 2024-cü ildə bu kateqoriya üzrə 5 140 gecələmə qeydə alındığı halda, 2025-ci ildə bu göstərici sıfıra enib.
2025-ci ildə Hindistandan turizm məqsədilə Azərbaycana gələn 156 816 nəfərin mütləq əksəriyyəti istirahət üçün ölkəmizə üz tutub. Lakin ötən illə müqayisədə bütün əsas kateqoriyalar üzrə azalma qeydə alınıb.
Səfər məqsədləri üzrə müqayisəli göstəricilər:
İstirahət və əyləncə: 2025-ci ildə 146 380 nəfər təşkil edib ki, bu da illik müqayisədə 74 010 nəfər və ya 33,6% azdır (2024-cü ildə 220 390 nəfər).
İşgüzar məqsədlər: Ötən il Hindistandan 9 512 nəfər iş adamı gəlib. Bu göstərici 2024-cü illə müqayisədə 4 320 nəfər və ya 31,2% azalıb (2024-cü ildə 13 832 nəfər).
Tranzit səfərlər: Digər sahələrdən fərqli olaraq, bu kateqoriyada artım müşahidə olunub. Tranzit məqsədilə gələnlərin sayı 135 nəfər və ya 19,7% artaraq 819 nəfərə çatıb (2024-cü ildə 684 nəfər).
Dini ziyarət: 2025-ci ildə bu məqsədlə 52 nəfər gəlib ki, bu da ötən ildən 28 nəfər azdır (2024-cü ildə 80 nəfər).
Maraqlı məqam ondan ibarətdir ki, 2024-cü ildə Hindistandan 560 nəfər "qohumlara və dostlara baş çəkmək" məqsədilə gəldiyi halda, 2025-ci ilin hesabatında bu kateqoriya üzrə göstərici qeyd olunmayıb.
Ümumi statistikaya əsasən, Hindistandan gələn turistlərin keçirdiyi gecələmələrin 56%-i hotellərin, 34,6%-i isə kirayə mənzillərin payına düşür.
2025-ci ildə Azərbaycana gələn Hindistan vətəndaşlarının böyük əksəriyyəti göstərilən xidmətləri müsbət qiymətləndirib. Ötən il hindistanlı turistlərin 140 094 nəfəri bütün xidmətləri qənaətbəxş hesab edib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə xidmətlərdən tam razı qalanların sayı 208 254 nəfər idi. Ümumi turist sayının azalması fonunda məmnun qalanların sayında da 68 160 nəfərlik (32,7%) azalma qeydə alınıb.
Narazılıq göstəriciləri kəskin aşağı düşüb:
Göstərilən xidmətləri qənaətbəxş hesab etməyən Hindistan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 10 649 nəfər və ya 38,9% azalaraq 16 722 nəfərə düşüb (2024-cü ildə 27 371 nəfər).
Turistlərin ən çox narazı qaldığı sahələr aşağıdakılar olub:
İctimai iaşə xidmətləri: 3 440 nəfər (2024-cü ildə 4 796 nəfər);
Avtobusla sərnişindaşıma: 3 227 nəfər (2024-cü ildə 5 885 nəfər);
Taksi xidmətləri: 2 506 nəfər (2024-cü ildə 3 978 nəfər);
Bələdçi xidmətləri: 1 595 nəfər (2024-cü ildə 3 195 nəfər);
Yerləşmə xidmətləri (hotellər): 1 602 nəfər (2024-cü ildə 2 398 nəfər).
Ən diqqətçəkən məqam nəqliyyat və turizm agentləri ilə bağlıdır. Belə ki, metro xidmətlərindən narazı qalan hindistanlıların sayı 1 197-yə (2024-cü ildə 1 689), turagentlərin xidmətindən narazı olanların sayı isə 843 nəfərə (2024-cü ildə 1 690) qədər geriləyib.
Ümumilikdə, Hindistandan gələn turistlərin təxminən 89,3%-i ölkəmizdə göstərilən bütün xidmətlərdən tam razı qaldığını bildirib.
2025-ci ildə Hindistandan gələn turistlərin Azərbaycanda xərclədiyi vəsaitlərin ümumi həcmində kəskin azalma müşahidə olunub. Belə ki, hindistanlı turistlər ölkəmizdə cəmi 331 milyon 738,1 min manat xərcləyiblər.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu rəqəm 520 milyon 276,9 min manat idi. Bu isə o deməkdir ki, Hindistan vətəndaşlarının xərcləri bir il ərzində 188 milyon 538,8 min manat və ya 36,2% azalıb.
Xərc maddələri üzrə müqayisəli göstəricilər:
Nəqliyyat xərcləri: Ən böyük xərc maddəsi olaraq qalıb – 183 milyon 281,2 min manat. Lakin 2024-cü illə (296 milyon 349,9 min manat) müqayisədə nəqliyyat xərcləri 113 milyon 068,7 min manat (38,2%) azalıb.
Yerləşmə (hotel) xərcləri: Turistlər gecələmək üçün 58milyon 162,3 min manat vəsait sərf ediblər (2024-cü ildə 92 milyon 966,6 min manat). Bu sahədə azalma 37,4% təşkil edib.
Qidalanma xərcləri: Ötən il hindistanlı qonaqlar yeməyə 52 803,8 min manat xərcləyiblər ki, bu da əvvəlki ildən 20 milyon 652,4 min manat (28,1%) azdır (2024-cü ildə 73 milyon 456,2 min manat).
Mədəniyyət xərcləri: Bu sahədə iki dəfədən çox azalma qeydə alınıb. 2024-cü ildəki 2 097,2 min manatlıq xərc 2025-ci ildə 970,8 min manata düşüb.
Maraqlıdır ki, ümumi azalma fonunda yalnız turizm zərfinin (paketinin) alınması üzrə xərclərdə cüzi artım qeydə alınıb. Belə ki, bu məqsədlə çəkilən xərclər 188,6 min manatdan 206,1 min manata yüksəlib.
Adambaşına düşən xərclər 2025-ci ildə 2 116 manat, 2024-cü ildə isə 2 209 manat təşkil edib.












