Azərbaycanda turizm sektorunun vəziyyəti, bu sahədəki problemlər, «AZAL»ın və təyyarə biletlərinin qiymətinin turizm sektoruna təsiri ilə bağlı FED.az-ın suallarına Dövlət Turizm Agentliyinin Turizm siyaəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov cəvab verir.
- Məhəmməd müəllim, koronavirus pandemiyasından sonra ən böyük zərər görən sahələrdən biri də turizm sektoru oldu. Sonradan bir qədər yumşalma oldu. Bizim turizm sektoru o vaxtkı geriləməni aradan qadıra bildimi?
- Koronavirusla bağlı böhran qlobal xaraker daşyırdı və dünyada səyahətlər 75-80% azalmışdı. Bu vəziyyət Azərbaycana da təsirini göstərdi və ölkəyə gələn xarici və daxili turistlərin sayında 70-80% azalma baş verdi. İnsanlar artıq evdən çölə çıxmır, səyahət etmirdilər, pul xərcləmirdilər. Xərcləmirdilərsə, dəyər yaranmırdı və nəticədə 2020-ci ilin aprelində turizm sektorunun ÜDM-də payı 0,6%-ə enmişdi.
- Bəs əvvəllər, normal dövrdə turizm sektorunun ÜDM-də payı nə qədər idi?
- Əvvəl turizm sektoru iqtisadiyyatın 2,4%-nə qədər yüksəlmişdi və sonradan 0,6%-ə endi. Yumşalmalardan sonra səyahətlər başladı və indi, yəni 2021-ci ilin iyununda turizm sektorunun iqtisadiyyatda payı 1,1%-ədək yüksəldi. Bu da əsasən daxili turizmin hesabına oldu. Belə ki, xarici turistlərin kəskin azalması fonunda daxili turizm artdı, vətəndaşlar ölkə daxilinə səfər etməyə üstünlük verdilər.
Bu da otellərin gəlirlərində özünü göstərdi və nəticədə turizm sektorunun bərpası başladı və bu – davamlı xarakter daşıyır.
- Belə çıxır, Gürcüstan və Rusiya ilə quru sərhədlərinin bağlı olması bizim daxili turizm üçün faydalı oldu. Çünki indi xaricə yalnız təyyarə ilə gedə bilərsən, quru yolla getmək mümkün deyil, nəticədə asanlıqla xaricə gedən turistlərimiz bunu edə bilmədiklərinə görə rayonlar üz tuturlar.
- Doğrudan da, quru sərhədi ilə getmək mümkün deyil. Ona görə də sizinlə razıyam ki, bu da insanların seçiminə təsir edir. Özü də bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. İnsanlar daxili turizmə yönəlirlər, hökumətlər və dövlətlər də əsasən bu istiqaməti təbliğ edirlər. Amma artıq dünyada qlobal miqyasda bərpa prosesi başlayıb və ekspertlər 23-24-cü illəri bərpa dövrü kimi proqnoz edirlər.
- Yəni 2022-ci il hələ bərpa ili olmayacaq? Doğrudan da koronavirus testləri, Covid pasportları və sair hələ qüvvədədir.
- Əslində mənim fikrimcə, bəzi məsələlər bundan sonra da qalacaq. Məsələn, Covid pasportu və sair. Əvvəllər səyahət üçün yalnız viza məsələlərini həll etmək lazım olurdu, indi isə bu prosesə daha bir maneə əlavə olunub.
- Siz daxili turizmi xüsusi vurğuladınız. Doğrudan da, indi belə imkan yaranıb ki, insanlar ölkəni yenidən gəzsin, hətta yenidən tanısın. Çünki indiyədək müxtəlif səbəblərdən – bahalıq, xidmətlərin keyfiyyətinin aşağı olması səbəbindən, və ya sadəcə fərqli yer görmək üçün insanlar xaricə üz tuturdular. İndi isə daxilə yönəliblər. Bəs bizim ölkənin daxili turizm sektoru, infrastruktur, yəni otellərin tutumu və xidmət səviyyəsi, bu axını qarşılamağa hazırdırlarmı?
- Bu sualın bir neçə tərəfi var. Sektorun hazırlığını ilk növbədə doluduq baxımından qiymətləndirəndə, fiziki cəhətdən bəli, hazırda turist axını artsa da, otellərin doluluğu 10%-i keçmir. O mənada, mən düşünürəm ki, otellərimizin tutumu böyükdür və onlarda turistləri qəbul etməyə kifayət qədər yer var. Amma xidmət kefiyyəti və turizm cəlbediciliyi baxımından görülməli işlər hələ çoxdur. Yeri gəlmişən, mənim fikrimcə, turist axını, həm də turizm obyektlərində keyfiyyətin yüksəlməsinə məcbur edəcək. Çünki tələb olan yerdə xidmət də inkişaf etməyə başlayır.
- Bəs turizm obyektlərində qiymətlər necə, yüksəlibmi? Məsələn 2019-cu illə müqayisədə, çünki 2020-də turizm olmadı.
- Biz pandemiyanın ilkin dövründə otellərin qiymətləri ilə bağlı təhlil aparanda məlum oldu ki, onlar qiymətləri dəyişmək istəmirlər, görünür, onlar hələ pandemiyanın dünyaya təsirini tam qiymətləndirməmişdilər. Yəni koronavirusun dünyada belə təsir edəcəyini gözləmirdilər. Doğrudur, Bakı şəhərində otellərin qiymətləri kəskin azaldı, çünki xarici turistlər əsasən Bakıya gəlirdilər. Onların dayanması Bakı otellərini qonaqsız qoydu.
Bkıdan isə daxili turizm axını əsasən regionlara yönəlmişdi. Nəticədə regiondakı obyektlər qonaqsız qalmadılar deyə qiymətləri aşağı salmağa ehtiyac olmadı. Yəni qiymətlər nə artdı, nə də azaldı.
Həm də uzun müddət müştərisiz alan otellər indiki dövrü bir fürsət kimi dəyərləndirirlər və ondan maksimum istifadə etməyə çalışırlar.
- Sadə desək, regiondakı otellər bilir ki, onsuz da insanların getməyə başqa yeri istiqaməti yoxdur...
- Bəli, sadə desək, elədir. Çünki bilirlər ki, insanlar onsuz da başqa yerə gedə bilməyəcəkər və onların müştəriləri olacaq. ona görə də qiyməti aşağı salmaq fikrində deyillər.
- Məhəmməd müəllim, siz Bakıdakı otellərin bu proseslərdən daha böyük zərər gördüyünü qeyd etdiniz. Doğrudan da, paytaxtda bəzi otellər var ki, onlar vaxtilə kredit götürmüşdülər və koronavirus pandemiyası, turistlərn axınının kəsilməsindən sonra həmin kreditlərin qaytarılması ilə bağlı problemlərlə üzləşmişdilər. Onlar bununla bağlı ölkə rəhbəriyinə – prezidentə də müraciət etmişdilər. Onlara və onlar kimi vəziyyətdə oan digər bazar iştirakçılarına hər hansı dəstək nəzərdə tutulurmu, yoxsa gərgin dövr artıq keçib?
- Artıq dövlət üçün gərgin dövr keçib. İndi bərpa prosesi getdiyinə görə, bu məsələlər artıq 2020-ci ilin mövzuları idi. 2021-ci ildə isə yardım və bu tipli layihələr hökuətin gündəliyində deyil.
Bununla yanaşı, qeyd edim ki, doğrudan da, turizm sektoru bu proseslərdən böyük zərər çəkdi. Dövlət Statistika Komitəsinin məlumatına görə də, bu dövrdə ölkə otelləri 54-55 milyon manat, səyahət agentlikləri və turoperatorlar isə 5-6 milyon manat zərər etdilər.
Nəticədə turizm sektoruna ümumilikə 60 milyon manat zərər dəydi və qeyd edim ki, bu proseslərlə bağlı dövlətin də sektora verdiyi dəstək də, təqribən 60 milyon manat idi. Bu dəstək otellərə, səyahət agentliklərinə, turoperatorlara və iaşə obyektlərnə verildi, onların əməkdaşlarının maaşları 4 dəfə qarşılandı.
- Bəs haqqında danışılan kredit problemi necə, həll olundumu?
- Haqqında danışdığınız məsələ ilə bağlı qeyd edim ki, ümumiyyətlə bununla bağlı tədbirlər paketində belə bir tədbir vardı ki, Mərkəzi Bank banklara müəyyən güzəştlər tətbiq edəcək ki, onlar da öz müştərilərinə güzəştə getsinlər. Ümumilikdə bu tədbirlər görüldü. Amma bəzi hallar var ki, onlara xüsusi yanaşma tələb olunur. Sizin haqqında danışdığınız sahibkarlar kredit çətinliyi ilə bağlı məsələ qaldırmışdılar və biz də bu məsələ ilə bağlı Mərkəz Bank qarşısında məsələ qaldırdıq. Müraciətimiz ondan ibarət idi ki, bəlkə kredit faizlərini aşağı endirmək və ya ödəmə müddətini uzatmaq mümkün olsun. Amma Mərkəzi Bank bu sahədə yalnız tövsiyə verə bilər. Onlar Banklar Assosiasiyasına tövsiyə verdi ki, bu işə baxılsın – amma Banklar Assosiasiyasından bir cavab və ya dəyişiklik olmadı. Bu da bir növ özəl seetorun qərarıdır – yəni banklar da özəl sektordur. Ona görə də məsələ açıq qaldı. Çünki Dövlət Turizm Agentliyi bizim rolumuz daha çox əlaqələndirmək dir. Məsələnin həlli özəl sektorun yanaşmasından asılı idi.
- Məhəmməd müəllim, bir qəər əvvəl Dövlət Turizm Agentliyinin rəhbəri bildirdi ki, AZAL-dakı qiymətlərlə bağlı İnvestisiya Holdinqinə müraciət edilib. AZAL-da qiymətlərin yüksək olması barədə hamı danışıb, turizm sektoru da belə yüksək qiymətlərin turizmin inkişafına maneə olduğunu dəfələrlə vurğulayıb. Təyyarə biletlərin yüksək olması bizim turizm sənayemizə hansı çətinliyi yaradır və bu sahədə hər hansı yenilik gözlənilirmi?
- Təyyarə biletlərinin qiymətinin turizm sektoruna təsiri barədə danışsaq, AİATA təşkilatının qiymətləndirməsi də göstərir ki, təyyarə biletlərinin qiymətinin 1% azalması belə, turistlərin sayına «güzgü» effekti ilə təsir edir. Yəni qiymətlər 1 % aşağı düşəndə, turistlərin sayı da 1% artır.
- Belə çıxır, qiymətlərin, məsələn, ikiqat azalması turistlərin sayını da 2 dəfə artıra bilər?
- Bu «güzgü» effektidir. Siz qiyməti nə qədər azaltsanız, turistlər o qədər artacaq. Çünki qiymət insanların səyahət seçimlərinə təsir edən ən önəmli faktordur.
Ona görə də, biz nə qədər qiymət rəqabətli hava yolu xidməti təklif etsək, bizim ölkə bir turizm istiqaməti kimi, regionda o qədər rəqabət apara bilər.
Ona örə Dövlət Turizm Agentliyi yaranandan bu məsəələ onun gündəliyində dayanan əsas məsələdir. Sadəcə məsələlərə yanaşma ondan ibarətdir ki, bütün bu məsələlər fraqmentar, yəni kortebii şəkildə deyil, ölkənin ümumi inkişafı, nəqliyyat strategiyası, ölkənin ümumi inkişaf siyasəti çərçivəsində baxılır. Ona görə də bizim Agentlik olaraq rolumuz ondan ibarətdir ki, məsəəni hökumətin gündəliinə qoymuşuq. Bu məsələ vacibdir, indi onun üzərində başqa qurumlar, hökumət işləyir.
- Bəs siz, Dövlət Turizm Agentliyi olaraq məsələnin həllini necə görürsünüz – AZAL hökmən qiymətləri endirməlidir, yoxsa, AZAL elə öz qiymətləri ilə öz yerində qalsın, amma eyni zamanda ölkəyə ucuz, «Rayan eyr», «Wizz Air» kimi şirkətlər gəlsin? Biz bu məsələdə adətən Gürcüstanı misal çəkirik, çünki oradakı regional aeroportlardan az qala Tbilii aeroportu qədər təyyarələr uçur. Siz bununa bağlı nə təklif edirsiiz?
- Bu məsələ ilə bağlı post sovet ölələrinin təcrübəsinə baxsaq, qarşımızda Gürcüstan və Özbəkistan təcrübəsi var.
Gürcüstanda milli hava yolu şirkəti (yəni AZAL-ın analoqu – FED.az) yoxdur, çünki onlar rəqabətə davam gətirə bilmədilər və bazarı tərk etdilər.
Özbəkistanda isə Milli Hava Yolu şirkəti var, amma o aeroport idarəetməsindən ayrılıb, yəni ancaq uçuşları həyata keçirir. Yeri gəlmişkən, Gürcüstanda da hava yolları aeroportu idarə etmir.
- Deməli aeroportun idarəçisi hava yolundan asılı olmayan bir şirkət olmalıdır?
- Bəli, sadaladığım ölkələrdə aeproport idarəçisi müstəqil bir qurumdur və aeroportdan istifadə ilə bağlı şərtləri hava yollrı şirkətləri və xidmət təchizatçıları ilə tender müqavilələri əsasında həll edir.
- Əslində dünyada əksrə hallarda, aeroport digər şirkətlərə idaretməyə verilir...
- Bəli dünyada belə təcrübələr, modellər çoxdur. Azərbaycanda spesifik modeldir, amma dünyada belə modellər çoxdur.
- Bəs Azərbaycan bu modellərdən hansını seçmək niyyətindədir?
- Bununla bağlı seçim prosesi ilə bağıl hələlik heç nə məlum deyil, bu müzakirə mərhələsindədir. Bununa bağğı çoxlu fikirlər var, amma qərar qəbul edilməyib. Amma müzakirələr gedir, müxtəlif arqumentlər var.
- Məsələn hansı arqumentlər var?
- Birinci arqument odur ki, hava yolu xidmətlərinin rəqabət qibiliyyətli olması üçün təkcə hava yolu idarə etməsi deyil, hava yolu siyasətinə də yenidən baxılmalıdır. Yəni bizim hava mənkanımız nə dərəcədə liberaldır və biz özümüz hava məkanımızın nə dərəcədə açıq olmasını istəyirik.
Daha bir yanaşma ondan ibarətdir ki, bu bizim hava yolu məkanında müstəqilliyin itirilməsidirmi? Yoxsa, liberal bazar iqtisadiyyatı çərçivəsində bu hal bizə daha çox sərfəli ola bilər.
- Hava məkanının liberal olması üçün nə etmək lazımdır?
- Bunun üçün də dünyada praktika belədir: «Open sky agreement» adlanan – açıq hava məkanı müqavilələri var. Azərbaycan belə bir sazişi ABŞ-la bağlayıb, amma gəlin baxaq, ümumilikdə neçə dövlətlə belə bir sazişimiz var.
İkincisi, hava yolu hüquqları var. Bu yaxınlarda Azərbaycan bir neçə dövlətə hava yolları hüquqlarını verdi və bu da imkan verir ki, Azərbaycanın tranzit ölkəsi olaraq rolu artsın.
Yəni vəziyyətin dəyişməsi üçün gündəmdə ilk növbədə hava məkanının liberallaşdırılması məsələsi dayanıb. Bundan sonra hava yollarının idarəetmə məsələsi gəlir. Fikrimcə, bu iki məsələ kompleks baxılmalıdır. Və bəzi qərarların da hökumət səviyyəsində qəbul edilməsi ehtiyacı yaranır. Düşünürəm ki, belə bir yanaşma formalaşsa, bununla bağlı qərər qəbul edilə bilər, amma hələlik belə yanaşma yoxdur.
- Nəhayət, ərəb turistləri. Turizm, iaşə və əyləncə sektoru başda olmaqla ölkəmiz ərəb turistlərinə öyrəşmişdi. İndi onların qarşısı kəsilib. Bizdə yaxın vaxtlarda oxşar turist axınını başqa hansı ölkədən gözləmək olar?
- 2019-cu ildə Azərbaycan turizm sektorunun inkişafı üçün 6 istiqamətdə beynəlxalq hədəf bazar seçmişdi. Burada Uzaq Şərqdən Çin və Hindistan, Yaxın Şərqdən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, Avropadan isə Rusiya və Almaniya vardı.
Bunlar əsas hədəf bazarları idi və bu istiqamətdə işlər aparılırdı. Amma pandemiya aydın məsələdir ki, vəziyyəti dəyişdi. Məsələn, artıq Hindistan «qırmızı zona»dadır. Hazırda, yəni yeni dövrdə əsas fokus Yaxın və Orta Şərq bazarına yönəlməkdir. Çünki həmin bazarda bizim əvvəlki işləri davam etdirmək niyyətimiz var. Bundan başqa, postsovet bazarı da var, amma əsas fokus Yaxın və Orta Şərq bazarlarıdır və biz onlarla işləməyə davam edəcəyik.