Ölkəmizə rəsmi məlumata görə, 2018-ci ildə 2.850.000 turist gəlib və 2 milyard dollara yaxın pul xərcləyib. Bir turistin ölkəmizdə qalma müddəti orta hesabla 7 gündən hesablasaq, demək mehmanxana xidmətindən istifadə edilən gecələmələrin sayı orta hesabla 19.950.000 gün olar. Hər gün üçün alınan maliyyə vəsaitindən 1.1 manat bələdiyyə büdcəsinə ödənmiş olsa yekun rəqəm 21.945.000 olmalı idi.
Statistika Komitəsinin 2018-ci il üçün hesabatında göstərilir ki, 2018-ci ildə ölkə bələdiyyələrinin büdcəsinə mehmanxana rüsumuna görə daxil olan ödənişin həcmi 1.821.400 manat olub. Bu rəqəm 2017-ci illə müqayisədə 36.8 fazi artıq deməkdir.
FED.az belediyye.info-ya istinadən xəbər verir ki, bundan əvvəl hesablanan (http://belediyye.info/new/details/--5305.htm) rəqəm turistlərin bir günü üçün nəzərdə tutulmuşdu. Amma ölkəmizə gələn turist bir günlük gəlmir axı. Belə çıxır ki, bələdiyyələr çalışsalar il ərzində itirdikləri 20.123.600 manatlıq vəasiti əldə edə bilərlər.
Lakin bu qədər vəsaiti cəlb etmək üçün bələdiyyələrə həm də qanunvericilik baxımından dəstək verilməlidir.
Belə ki, bu işdə bələdiyyələrin ilk olaraq Vergilər Nazirliyinin cidd dəstəyinə ehtiyacı var. Yəni sistemləşdirilmiş şəkildə otel və mehmanxana xidməti göstərən fiziki və hüquqi şəxs tərəfindən qonaq olan şəxsə təqdim olunan hesab-fakturada (və ya qəbzdə ) bələdiyyə ödənişinin məbləği --- 1,1 manat ayrıca qrafada göstərilməlidir. Yəni 18 fazilik ƏDV göstərildiyi kimi həmin qəbz də bələdiyyəyə ödəniləcək məbləğ avtomatik hesablanmalıı və bələdiyyə büdcəsinə avtomatik olaraq köçürülməlidir.
Qeyd edək ki, bu məbləğin vaxtında ödənilməməsi nəticə etibariylə otel-mehmanxana sahiblərinə də ciddi maliyyə zərəri vurur. Yəni bələdiyyəyə daxil olmalı vəsait sonda mehmanxananın büdcə gəliri kimi göstərildiyindən hüquqi və ya fiziki şəxs həmin vəsaitdən əlavə olaraq vergi ödəmək məcburiyyətində qalır.
Bu gün başqa bir problem isə mehmanxana xidməti göstərən fiziki və hüquqi şəxslər tərəfindən hər rübdə məcmu fəaliyyətlərindən Vergilər Nazirliyinə təqdim etdiyi vergi bəyənnaməsində göstərilən ümumi gəlirin içərisində qonaqların gecələmələrinin sayından formalaşan payın müəyyən edilməsidir ki, buda hazırda mümkün deyildir.
Otel və mehmanxanalarda qonaqların gecələmələrinin sayını dəqiqləşdirmək üçün Vergilər Nazirliyi tərəfindən həmin bəyənnamələrin forması dəyişdirilməli, bəyannaməyə otel və mehmanxanalarda qonaqların gecələmələrinin sayı qrafası artırılmalıdır. Belə olduğu halda hər bir otel və mehmanxanada rüb ərzində olan qonaqlamaların sayı aydın görünəcəkdir. Yəni mehmanxana sahibi hesabatında gəlirlərini ümumi şəkildə göstərdiyindən, yəni restoran, bar və digər iaşə və mədəni istirahət xidmətlərindən daxil olan ödənişlər mehmanxananın otel xidmətiylə bir göstərilir. Nəticədə gecələmələrin sayını ayrıd etmək və dəqiqləşdirmək mümkün olmur. Bu sistemin tətbiq edilməsi, nəticə etibariylə Vergilər Nazirliyinin öz hesabatına da müsbət təsir etmiş olacaq və bir növ şəfafflıq daha yüksək formada təmin edilmiş olacaqdır. Hər halda düşünməyə dəyər.
Bundan əlavə olaraq bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı vaxtında təqdim etmədikdə bələdiyyələr mehmanxanalara 40 manat həcmində cərimə sanksiyası tətbiq edə bilər.
Sözsüz ki, 40 manatlıq cərimə istənilən halda mehmanxana sahiblərinə təsir edən rəqəm hesab olmur. Odur ki, bu cərimə sanksiyasının həcminin artırılması daha məqsədəuyğun hesab edilməldir.
Beləliklə, bu gün bələdiyyələrin istənilən halda mehmanxanalardan hər hansı formada mehmanxana rüsumunun alınmasında ciddi problem var.
Demək olar ki, böyük əksəriyyət mehmanxana sahibləri bu vergi növündən ya xəbərsizidir, ya da kiməsə güvəndiklərindən ödəmək niyyətində olmurlar. Odur ki, belə olan halda bələdiyyələrin üzərində daha böyük məsuliyyət yükü düşür.
Ancaq bu işdə normativ-hüquqi sənədlərdəki boşluqlarında aradan götürülməsi mövcud problemi aradan qaldırmış olacaqdır.
Vüqar Tofiqli,