Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə Türkiyənin İstanbul Hava Limanında ölkəmizin turizm imkanlarını əks etdirən təbliğat videoçarxları nümayiş etdirilir.
Bakıdan İstanbula hansı şirkətlə uçmaq - DAHA SƏRFƏLİDİR? – QİYMƏTLƏR, MÜQAYİSƏ
Bu barədə FED.az-a Dövlət Turizm Agentliyindən bildirilib.
Qeyd edilib ki, təbliğat videoçarxları türkiyəli, həmçinin əcnəbi səyahətçiləri cəlb etmək, Azərbaycanı əsas turizm destinasiyası kimi nümayiş etdirmək məqsədilə "Duty-Free" ərazisində 14 videomonitor, giriş və çıxışda 2 idarəedici "mega lightbox" və pasport nəzarəti hissəsində yerləşdirilən 4 monitorda təqdim edilir.
Həmçinin 8 Noyabr - Zəfər Günündə İstanbul Hava Limanın bir çox nöqtələrində Şuşa şəhərinin görüntülərinin nümayiş olunması ziyarətçilərin xüsusi marağına səbəb olub.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr dövründə Azərbaycan Türkiyədən 308 942 ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% artımdır.