2023-cü ildə Azərbaycandakı otellərdə 1 milyon 945 min turist yerləşdirilib, bundan hotellər 488,8 milyon manat gəlir əldə ediblər.
FED.az xəbər verir ki, turistlər ölkənin bütün bölgələrindəki otellərdə yerləşiblər, amma heç də bütün rayonlar bu fəaliyyətdən gəlirlə çıxmayıblar.
Ümumilikdə turistlər ölkənin 49 rayonundakı otellərə yerləşiblər. 34 rayon bu sahədən qazancla çıxıb. 15 rayon və şəhər isə turizm sektoru üzrə ümumilikdə zərər edib.
Bəzi rayonlarda otellərin xərcləri gəlirlərdən yüksək olub və ya əksinə.
FED.az-ın hesablamalarına görə, 2023-cü ildə turizmdən ən çox qazanc əldə edən rayon Şabran olub. Ötən il bu rayonun hotellərinin ümumi gəlirləri 13 milyon 340 milyon manat, xərcləri isə 1 milyon 327 milyon manat olub. Nəticədə rayon hotelləri ümumilikdə 12 milyon 013 min manat qazanc əldə edib. Qeyd edək ki, rayonun ən böyük oteli «QALAALTI HOTEL & SPA»dır. Bu qazancın da bir hissəsi həmin otelin payına düşür.
Ölkədə otelləri turizmdən böyük qazanc götürən digər rayon Qubadır. 2023-cü ildə Quba rayonundakı otellər turist səfərlərindən 22,4 milyon manat gəlir əldə edib, onlara xidmət üçün isə 18,9 milyon manat xərcləyiblər. Nəticədə rayondakı otellərin turizmdən ümumi qazancı ümumilikdə 3 milyon 450 milyon manat olub.
Turizm imkanları və ərəb turistləri ilə seçilən Qəbələ rayonunda otellərin qazancı 2 milyon 388 min manat olub.
2023-cü ildə İsmayıllı rayonunda hotellər 1 milyon 140 min manat, Masallı rayonundakı otellər 1 milyon 133 min manat qazanc əldə ediblər.
Turizmdən mənfəəti ən aşağı olan rayonlar isə Şirvan şəhəri (cəmi 400 yüz manat) və Zərdab rayonu (1 100 manat) olub.
S/n
|
Rayonlar |
Gəlirlər (min manat)
|
Xərclər (min manat)
|
Mənfəət zərər (min manat) |
1 |
Şabran rayonu |
13 340,5 |
1 326,9 |
12 013,6 |
2 |
Quba rayonu |
22 412,4 |
18 962,8 |
3 449,6 |
3 |
Qəbələ rayonu |
34 656,5 |
32 268 |
2 388,5 |
4 |
İsmayıllı rayonu |
6 889,1 |
5 749,3 |
1 139,8 |
5 |
Masallı rayonu |
2 399,1 |
1 265,6 |
1 133,5 |
6 |
Şəki rayonu |
3 116,4 |
2 362,5 |
753,9 |
7 |
Naftalan şəhəri |
13 940,8 |
13 215,1 |
725,7 |
8 |
Şamaxı rayonu |
6 455,3 |
5 730 |
725,3 |
9 |
Xaçmaz rayonu |
7 991,7 |
7 291,3 |
700,4 |
10 |
Qax rayonu |
2 493,1 |
1 924 |
569,1 |
11 |
Ağcabədi rayonu |
7 65,6 |
281,2 |
484,4 |
12 |
Sumqayıt şəhəri |
1 762,8 |
1 578,3 |
184,5 |
13 |
Goranboy rayonu |
448,8 |
292,5 |
156,3 |
14 |
Sabirabad rayonu |
202,2 |
71,5 |
130,7 |
15 |
Gəncə şəhəri |
2 654,9 |
2 542,1 |
112,8 |
16 |
Oğuz rayonu |
235,5 |
132,2 |
103,3 |
17 |
Tovuz rayonu |
646,2 |
546,7 |
99,5 |
18 |
Abşeron rayonu |
408,2 |
323,8 |
84,4 |
19 |
Bərdə rayonu |
207 |
141,9 |
65,1 |
20 |
Zaqatala rayonu |
416 |
361,9 |
54,1 |
21 |
Ağstafa rayonu |
111,7 |
78,4 |
33,3 |
22 |
Tərtər rayonu |
80,3 |
52,7 |
27,6 |
23 |
Astara rayonu |
1 049,5 |
1 023,6 |
25,9 |
24 |
Gədəbəy rayonu |
206,6 |
181,3 |
25,3 |
25 |
Yardımlı rayonu |
51,8 |
27,4 |
24,4 |
26 |
Cəlilabad rayonu |
113,2 |
90,4 |
22,8 |
27 |
Beyləqan rayonu |
80,7 |
58,1 |
22,6 |
28 |
Göyçay rayonu |
254,4 |
235,3 |
19,1 |
29 |
Biləsuvar rayonu |
75,4 |
59,4 |
16 |
30 |
Salyan rayonu |
92,5 |
81,6 |
10,9 |
31 |
Kürdəmir rayonu |
140,7 |
132,6 |
8,1 |
32 |
Ağsu rayonu |
30,4 |
22,6 |
7,8 |
33 |
Zərdab rayonu |
5,3 |
4,2 |
1,1 |
34 |
Şirvan şəhəri |
213,8 |
213,4 |
0,4 |