Azərbaycanda fəaliyyətə başlayacaq otellər yeni qaydalarla işləyəcəklər.
FED.az xəbər verir ki, Nazirlər Kabineti «Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları»nı təsdiqləyib.
Eləcə də bax: Turizm Agentliyi yardım almaq istəyən sahibkarlara - MÜRACİƏT EDİB
Qaydalarda məqsəd COVID-19 pandemiyasının ölkə ərazisində yayılması nəticəsində fəaliyyəti məhdudlaşdırılmış turizm sənayesi subyektlərinin fəaliyyətinin bərpası zamanı sanitariya və gigiyena qaydalarına əməl olunmasının təmin edilməsidir. Be sənəddə otellərin işçi heyəti, qonaqlarla münasibət və nəzərdə tutulan dezinfeksiya tədbirləri geniş əks olunub.
Yeni qaydalardan məlum olur ki, burada nəzərdə tutulan tələbləri ödəmək üçün otellər böyük məbləğdə dezinfeksiya və qoruma xərcləri çəkməli olacaqlar. Bu amil otellərin xərclərini artırmaqla onların gəlirliyini aşağı salacaq, eləcə də otellərdə qiymətləri yüksəldəcək.
Eləcə də bax: Türkiyədə “hər şey daxil” sistemi dəyişir
Qaydalara görə, mehmanxanaya daxil olarkən qonağın hərarəti 37.5°C və ya daha yüksək olsa, onun mehmanxanaya daxil olmasına yol verilmir.
Qaydalara əsasən otelə yalnız burada yer bronlayan və işgüzar məqsədlə gələnlər buraxılacaq. Mehmanxanaların daxilindəki ictimai iaşə zonalarından, əyləncə, idman və istirahət məkanlarından mehmanxanada otaq, işgüzar tədbir, konfrans və ya görüş rezervasiyası olmayan şəxslərin istifadəsinə icazə verilmir.
Ümumiyyyətlə otellərdə qapalı məkanlarda canlı auditoriya qarşısında tədbirlərin, o cümlədən tamaşaların və konsert tədbirlərinin keçirilməsinə yol verilmir.
Eləcə də bax: Kimlərin Avropaya girişinə - İcazə Veriləcək?
Otelərin hər tərəfində dezinfeksiya qurğalıra və ləvazimatları yeprləşdiriləcək və onlardan ödənişsiz istifadə ediləcək. Otellə qəbul şöbəsində növbəni təmin etmək üçün növbə qurğuları tətbiq edilməlidir.
Digər tərəfdən, təması azaltmaq üçün qonaqların işçi heyətldə email, telefon və digər vasitələrlə ünsiyyyətinə üstünlük veriləcək. Eləcə də ödənişlərin maksimum elektron olması tövsiyyə edilir, nağd ödənişlərdə isə pula hər təmasdan sonra işçi əllərini dezinfeksiya etməlidir.
Ödəniş terminalları isə hər əməliyyatdan sonra dezinfeksiya olmalıdır.
Eləcə də bax: Otel və restoran sahibləri Prezidentə və hökumətə - MÜRACİƏT ETDİLƏR – TƏKLİFLƏR
Qaydalara əsasən otellərin bütün işçiləri hər həftə koronavirus testindən keçməli olacaq. Koronavirus ehtimalı olduqda isə test dərhal keçiriləcək. İşçi heyətin geyimi gündəlik dəyişdirilir və təmizlənir.
Qəbul şöbəsinin işçiləri ilə qonaqlar arasında, habelə qonaqlar arasında minimum 2 metr fiziki məsafə təmin olunur və bu məqsədlə qəbul masasında növbə yerləri döşəmə işarələri ilə ayrılır.
Qonaqların mehmanxanaya girişi zamanı çamadan və ya əşyaların daşınması xidməti təmin edilərsə, daşınma işi başa çatdıqdan sonra işçinin qonaqların əşyalarına toxunduğu bütün yerlər dezinfeksiyaedici vasitələrlə silinir və ya daşıma xidməti hər bir qonaq üçün ayrıca steril əlcəkdən istifadə edilməklə həyata keçirilir və hər istifadədən sonra çamadan daşıma vasitələri dezinfeksiya edilir.
Eləcə də bax: Balaxanıda turizm başlayır – SƏYAHƏTDƏ YENİLİK
Mehmanxananın girişində və çıxışında işləyən mühafizəçilər tibbi maskalardan istifadə etməlidirlər. Mühafizəçilər hər hansı bir şəxsə 2 metrdən az məsafədən yaxınlaşdığı təqdirdə, tibbi maskalardan əlavə üz sipərlərindənə istifadə etməlidirlər. Mühafizə xidmətinin işçiləri spirt əsaslı dezinfeksiya vasitələri, birdəfəlik istifadə üçün salfetlər, tullantıların yığılması üçün xüsusi paketlərlə təmin olunurlar.
Mehzmanxanalarda istifadə olunan ləvazimatlar asanlıqla təmizlənə bilən olmalıdır. Şezlonq, stul, masa və divan dəstlərinin üzərinə parça döşəkçələr əvəzinə təmizlənməsi və silinməsi mümkün olan döşəkçələr qoyulmalı və bu döşəkçələr hər istifadədən sonra təmizlənməlidir.
Otellərdəki yataq örtükləri, dəsmal və camaşırlar istehsalçının təlimatlarına uyğun olaraq ayrıca və 60-90°C temperaturda yuyulmalıdır. Bütün mehmanxana ərazisində istifadə edilən xidmət alətləri isə qabyuyan maşında 60°C və ya daha yuxarı temperaturda yuyulmalıdır.
Mehmanxanadakı bütün ərazilərdə burada yerləşə bilən insanların sayı müəyyən edilir və ondan artıq adam buraxılmamalıdır.
Otellərdə uşaq əyləncə məkanlarının fəaliyyətinə icazə verilməyəcək, eləcə də mehmanxanada lobbi zalları daxil olmaqla, oturma məkanları, kafelər, çimərlik, hovuz və s. kimi ümumi istifadədə olan bütün ərazilərdə nərd, domino, loto və digər oyun alətlərinin qoyulmasına icazə verilməyəcək.
Otellərdəki restoranlarda yeniliklər olacaq
Qaydalara görə, yemək zallarında, girişdə və holda, əlavə zallarda və digər ümumi istifadədə olan ərazilərdə 2 metr fiziki məsafə qaydası tətbiq edilməli və bu məqsədlə növbə yarana biləcək bütün ərazilər xüsusi döşəmə işarələri ilə nişanlanmalıdır;
Masalar arasındakı məsafə masaların formasından (kvadrat, dairəvi və s.) asılı olmayaraq 2 metrdən, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır.
Masaların eni 0,7 metrdən az olduğu təqdirdə, qonaqların qarşı-qarşıya, lakin çarpaz qaydada oturması təmin edilməli və ya iki masa birləşdirilməklə, qarşı-qarşıya oturan şəxslər arasında məsafə artırılmalıdır.
Yan-yana oturma qaydasının tətbiq edildiyi bar masalarında oturacaqlar 1 metr məsafə ilə yerləşdirilir.
İşçi heyət ilə qonaqlar arasında fiziki məsafəni təmin etmək üçün bar masalarının eni ən azı 1 metr olmalı, işçi heyət maska və ya üz sipərindən istifadə etməlidir.
Yemək və ara yemək saatları insan sixlığının yaranmasının qarşısını alacaq qaydada planlaşdırılmalı, bu məqsədlə əvvəlcədən rezervasiyalar təşviq olunmalıdır.
hər bir masada əl dezinfeksiyaedici vasitələr qoyulmalıdır;
Qaydalara əsasən, əyləncə, idman və istirahət məkanlarından kitab və jurnal kimi vasitələr yığışdırılmalı, mütəmadi olaraq (minimum 4 saatdan bir) avadanlıqların və xüsusilə, çox toxunulan səthlərin (məsələn, tutacaqların, döşəmələrin) təmizlənməsi təmin olunmalıdır.