Bakıda ilk 5 ulduz kimi fəaliyyətə başlayan “Hyatt Regency Baku” hotelinə yeni baş direktor təyin edilib.
Naxçıvan Beynəlxalq Hava Limanına direktor təyin edilib
FED.az xəbər verir ki, Mirzəyev Rəsul Yusif oğlu idarəedici şirkət olan “Bakı Hotel Kompani” QSC-nin direktoru təyin edilib.
Buna qədər Elgün Məmmədov Məmməd oğlu şirkətin direktoru kimi fəaliyyət göstərirdi.
Xatırladaq ki, “Hyatt Regency Baku” və ya “Bakı Hotel Kompani” QSC 1998-ci ildən bu tərəfə fəaliyyət göstərir. Şirkətin 27 118 400 manat nizamnamə kapitalı var.
Qeyd edək ki, 2021-ci ilin noyabrına qədər hotel “Baku Hotel Company” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən idarə olunurdu. Hazırda qeyd edilən hotel “Bakı Hotel Kompani” QSC-yə məxsusdur. (Banker.az)











