2024-cü il üzrə Azərbaycanın şəhər və rayonlarında fəaliyyət göstərən hotel və hotel tipli obyektlərin sayı açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ümumilikdə 859 bu cür obyekt fəaliyyətdə olub. Bunun da 320-i paytaxt Bakı şəhərinin payına düşüb.
Bundan başqa 60 obyekt Xaçmaz, 35 obyekt Masallı, 30-u isə Lənkəran rayonunda fəaliyyət göstərib.
Əsas turizm zonları hesab olunan Quba rayonunda 32, Şamaxı rayonunda 24, İsmayıllıda 22, Qusarda 21, Astarada 20 belə obyekt olub.
Daşkəsən, Xankəndi, Ağdam, Füzuli, Zərdab, Kəlbəcər və Neftçalada isə cəmi 1 obyekt olub.