Azərbaycanın bölgələrində fəaliyyət göstərən əksər mehmanxanalar Yeni il gecəsini şou-proqram ilə yaddaqalan etməyə hazırlaşırlar.
Bayramda adamlar daha çox hansı rayonlara gedirlər? - VİDEO
FED.az xəbər verir ki, Yeni il bayramı yaxınlaşdıqca hotellər bir-bir hoteldə qalmaq və xüsusi əyləncəli proqram daxil öz qiymətlərini elan edirlər.
31 dekabr 2025 – 2 yanvar 2026-cı il tarixlərini əhatə edən (2 gecə 3 gün) qiymətlərə 2 nəfər üçün oteldə qalmaq, qidalanma, qala gecəsi, canlı musiqi, gündəlik əyləncə proqramları, hovuz, sauna, hamam və s. imkanlardan istifadə daxildir.
Bir sıra hotellərin Yeni il münasibətilə qiymət təkliflərini təqdim edirik:
1. Shamakhi Palace Sharadil: 1980 manatdan başlayan qiymətlərlə
2. Qafqaz Tufandag Hotel: 1699 manatdan başlayan qiymətlərlə
3. Basqal Resort & Spa: 1660 manatdan başlayan qiymətlərlə
4. Shabran Wellbeing Resort: 1650 manatdan başlayan qiymətlərlə
5. Lankaran Springs Wellness Resort: 1500 manatdan başlayan qiymətlərlə
6. Marxal Resort & Spa: 1420 manatdan başlayan qiymətlərlə
7. Quba Macara Lake Park: 1380 – 2150 manat civarında
8. Lachin Resort: 1240 manatdan başlayan qiymətlərlə
9. Şah Əsəri Xankəndi: 960 – 1620 manat civarında
10. Şuşa Hotel: 950 manatdan başlayan qiymətlərlə
11. Chinar Health Hotel: 620 manatdan başlayan qiymətlərlə
Qeyd edək ki, qiymətlər hotelin imkanlarından və xidmətlərdən asılı olaraq dəyişə bilir. Yeni ili 3 ulduzlu otellərdə daha münasib qiymətlər ilə qarşılamaq mümkündür. (Marja)











