Aviabilet alıb-satan subagentlərin vergi ödənişi qaydalarını sizə təqdim edirik. FED.az xəbər verir ki, bu barədə məlumat verən iqtisadçı-ekspert Rauf Qarayev bilrib ki, "Subagent (Vergi Məcəlləsinin 172 maddəsi) müqavilə əsasında agentdən elektron qaimə ilə bilet alır (misal üçün AZAL şirkətindən). Elektron qaimə ilə korporativ müştərilərinə biletin üstünə 20-30 manat xidmət haqqı qoyaraq satır. Korporativ müştəridən alınan vəsaitdən xidmət haqqısız yəni 20-30 manat çıxmaqla agentə (AZAL şirkətinə) ödəyir. Bu halda hansı vergiləri ödəməlidir?
Vergi Məcəlləsinin 155.1. maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Eləcə də bax: Rusiyanın ən bahalı hotelləri məlum oldu – SİYAHI
Əgər vastəçilik göstərən şəxs fiziki şəxsdirsə gəlir vergisi, təşkilatdırsa mənfəət vergisi yəni gəlirindən 20 faiz tutularaq vergiyə cəlb olunmalıdır.
Misal: A subagenti AZAL şirkəti ilə 300 000 manatlıq müqavilə bağlayıb.
300 000 AZN : 200 AZN = 1500 bilet alıb. 1500 biletin üstünə 20 manat xidmət haqqı qoyub. 1500*20 = 30 000 AZN gəlir əldə edib. Belə olan halda 30 000 *20% = 6000 manat vergiyə cəlb olunacaq.
Əgər malın dəyirinə ticarət əlavə tətbiq olunursa (Vergi Məcəlləsinin 13.2.64. maddəsinə əsasən ticarət əlavəsi - malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərq) 1500 bilet * 200 AZN = 300 000 bu halda 20 faizdən əlavə ƏDV (18%) məbləğ də tutulmalıdır.
Əgər fiziki şəxs və ya hüquqi şəxs əhaliyə xidmət göstərirsə və onun gəliri 200 000 manat həddini keçməyibsə bu halda 2 faiz gəlirindən vergi ödəyəcək.
Misal: A sub agenti AZAL şirkəti ilə 100 000 manatlıq müqavilə bağlayıb.
100 000 AZN : 200 AZN = 500 bilet alıb. 500 biletin üstünə 20 manat xidmət haqqı qoyub. 500*20 = 10 000 AZN gəlir əldə edib. Belə olan halda 10 000 *2% = 200 manat vergiyə cəlb olunacaq.