20 iyul 2019 20:04

Bu ölkə kirayədə qalan turistlərdən - 1,4 MİLYARD DOLLAR QAZANIB

“Airbnb” - dünya üzrə özəl daşınmaz əmlakın qısa zaman üçün kirayəsi üzrə yaradılan onlayn xidmət keçən il Yunanıstan iqtisadiyyatına 1,4 milyard dollar ABŞ dolları gəlir gətirib.

FED.az "Azertag"a istinadən xəbər verir ki, şirkətin statistikasında evlərin qısa zaman üçün kirayəsi ölkənin turizm sahəsinin güclənməsində çox mühüm rol oynadığı deyilir. Belə ki, evlərdən başqa ölkədə restoranlar, kafelər və digər əyləncə yerlərindən istifadə olunur və təbliğ edilir.

Xidmətin apardığı araşdırmaya görə, səyahətçilərin 42 faiz xərcləri məhz kirayə götürdüyü evlərin ətraf rayonlarına düşür. Eyni zamanda, qeyd olunur ki, “Airbnb” platforması səyahətin 4 və daha artıq gün üçün uzatmaq imkanı yaradır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz