Son illər Azərbaycanda turizm sektorunun sürətli inkişafı bu sahədə əmək bazarına da təsirini göstərib. Sektorda çalışanların sayı çoxaldıqca, əməkdaşların peşəkarlığına tələblər də dəyişir. Bazarın iri oyunçuları peşəkarları özləri yetişdirməyə çalışırlar.
Azərbaycanda hotellərdəki yerlərin 82%-i boş qalıb - RAYONLAR/ŞƏHƏRLƏR
Bazarın aktiv oyunçularından biridə aktivlər portfelində bir neçə 5 ulduzlu otelləri birləşdirən «PMD Hospitality» Azərbaycandır.
Qeyd edək ki, «PMD Hospitality» Azərbaycanda sağlamlıq və istirahət seqmentlərində otelçilik aktivi idarəetmə portfelidir. Otelçilik peşəkarlarının ilk komandası PMD Qrupun hissəsi olaraq 2016-cı ildə yaranmışdır və daha sonra 2018-cü ildə ayrıca bir şirkətə çevrilmişdir.
Bununla bağlı FED.az-ın suallarını «PMD Hospitality»nin insan resursları və korporativ mədəniyyət üzrə partnyoru Azad Ömərov cavablandırıb:
- Azad müəllim, «PMD Hospitality»də nə qədər insan çalışır, son bir ildə onların sayı necə dəyişib?
- Şirkətimizdə 1878 nəfər çalışır son ildə əməkdaşlarımızın sayları artıb. Baxmayaraq ki, bizim bəzi şirkətlərimiz təmirdədir, və hal-hazırda o əməkdaşlarımız hələlik işləmir, lakin biz onların maaşlarını tam şəkildə ödəyirik. Təmir bitdikdən sonra həmin əməkdaşlar da işə cəlb olunacaq və onları təlimlərə göndərəcəyik. Təlimlərlə əməkdaşları biraz daha inkişaf etdirməyə, onların iş keyfiyyətini artırmağa çalışırıq.
- Fəaliyyət göstərdiyiniz sahəni nəzərə alanda işə qəbul zamanı əsas hansı kriteriyalara üstünlük verirsiniz?
- Şirkət üçün hal-hazırda müəyyən etdiymiz, bütün əməkdaşlardan gözlədiyimiz, dəyərlərimizə xidmət edən davranışlar gözləyirik. Bu davranışları müəyyən etmişik, onlar çox deyil. Bu davranışları biz CEO-dan tutmuş, işə götürdüyümüz bağbana qədər hamıdan gözləyirik. Çünki bunlar bizi hədəflərimizə, Vizyonumuza çatdıracaq davranışlardır. Məsələn, deyək ki, işçilər müştəri fokuslu olmaldıır. Bizə görə müştəri – başımızın tacıdır ona görədə hər bir əməkdaşımız davranışında mütləq və mütləq müştəri ehtiyacını və müştəri təlabatını başa düşməlidir.
- Ölkədə orta aylıq əmək haqqı tədricən də olsa artır – «PMD Hospitality»də tendensiya necədir?
- «PMD Hospitality»də də maaşlar strukturlaşdırlmış qaydada artırılır. Bu prosesdə əvvəla inflyasiya və bazar tələbatı nəzərə alınır. Biz çalışırıq ki, əmək haqqında rəqabətçil olaq və həqiqətən də rəqabətçilik. Bunun üçün biz ildə bir dəfə maaş sorğuları aparırıq. Belə sorğularda biz bazardakı vəziyyəti, burada bizim yerimizi görürük. Əgər məlum olsa ki, bizimlə bazar arasında fərq var, çalışırıq ki, bazarı nəzərə alaq.
- Azad müəllim, şirkətə yeni əməkdaşlar cəlb edirkən qarşılaşdığınız əsas problemlər nədən ibarətdir?
- Bizim müəssisələrimiz otel sferasında bütün Azərbaycanda fəaliyyət göstərir. Müştərilərimjzə yüksək səviyyədə xidmət etmək prioritetimizdir. Ona görə də biz çalışırıq ki, keyfiyyətli xidmət göstərəcək əməkdaşları işə götürək, amma əfsuslar olsun ki, onu təmin edəcək resurslar yoxdur. Yetişmiş kadrlar təklif edən kadr bankı yoxdur. Yetişmiş əməkdaşlar əsasən Bakıda toplanır. Rayonlarda otellər açırıq və o otellər üçün əməkdaş tapmaq çətindir. Halbuki işçilərin bir hissəsi mütləq həmin rayonlardan olmalıdır. Nəticədə işə başlayanda işçilərin bir hissəsini Bakıdan cəlb edib rayona göndərməlisən ki, rayonlarda olan əməkdaşları təkmilləşdirsinlər, xidmət göstərmələri üçün bir az da inkişaf etdirsinlər.
- Bəzi şirkətlər hesab edir ki, əmək bazarında ayrı-ayrı ixtisaslar üzrə əmək haqları əslində süni olaraq şişirdilib, yəni həmin ixtisasın gətirdiyi faydaya uyğun deyil. Sadəcə mütəxəssis qıtlığı əmək haqqını artırır, siz necə hesab edirsiniz?
- Bazar iqtisadiyyatının tələbi ilə əlaqədər bəzi ixtisaslarda əmək haqqları yüksəkdir. Gündəmdə olan mövzu olaraq hamıdan soruşsanız, deyəcəklər İT sahəsində yetərli sayda əməkdaş yoxdur. Əməkdaş yoxdursa, bazarın tələbi odur ki, az olan bir şeyə daha yüksək qiymət verməlisən. Mən onu normal görürəm, ixtisasla bağlı əməkdaşlar yetəri qədər yoxdursa həmin ixtisarlar üzrə əmək haqqı yüksək olacaq.
Amma müxtəlif kurslar vasitəsilə, universitetlərdən yetişmiş insanlar çıxdıqca, şirkətlər öz əməkdaşlarını inkişaf etdirdikcə, istər-istəməz o bazar özü tədricən düzələcək, tələb və təklif balansı olacaq.