Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Publik Hüquqi Şəxs açıq tender elan edir.
FED.az xəbər verir ki, tender Zərdab rayonunun Dəkkoba kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi məqsədilə keçirilir. Satınalmanın ehtimal olunan qiyməti 10 milyon 494 min 50 manat 34 qəpik təşkil edir.
Müsabiqə 13 noyabr 2025-ci il saat 11:05-də dərc olunub. Təkliflərin son təqdimetmə tarixi və zərflərin açılış vaxtı 02 dekabr 2025-ci il saat 15:00-dır.
İştirak haqqı 1 min 574 manat 11 qəpik, istifadə haqqı isə 25 manat məbləğində müəyyən edilib. Təchizatçılar təkliflərini təqdim etmək üçün bu haqları ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, ödənilmiş haqlar geri qaytarılmır.
Əlaqələndirici şəxs – Yusif Hüseynov, Planlama və Satınalmaların Təşkili şöbəsinin baş məsləhətçisi, şöbə müdirinin müavini.
E-poçt: [email protected]
Telefon: +994 55 225 12 31
İddiaçılar təkliflərini 02 dekabr 2025-ci il tarixinə qədər Bakı şəhəri, Moskva prospekti 69A ünvanına təqdim edə bilərlər.













