“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi Zəngilan şəhərində yerləşən yaşayış məhəlləsinin tikintisi işlərinin satın alınması üçün açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsi 56 nömrəli ünvanda yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şöbəsindən əldə edə bilərlər.
Əlaqələndirici şəxs-satınalmalar şöbəsinin baş məsləhətçisi – Zaur İbrahimov.
E-mail: [email protected]
Tel: + 994512078998.
Tenderdə iştirak haqqı 1500,00 ( bir min beş yüz manat) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat - “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs
VÖEN- 5200287501
Bank- “KAPİTAL BANK” ASC-nin 28 may filialı
Kod- 200123
VÖEN- 9900003611
M/h- AZ37NABZ01350100000000001944
H/h- AZ31AIIB380300D9447648156112
S.W.İ.F.T. : AIIBAZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün ərizə;
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 45 bank günü ərzində qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
-tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün) və qeydiyyatdan keçdiyi rekvizitləri;
-malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19);
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).
• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).
-iddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir);
-öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).
-müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).
-satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).
-müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı;
-malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir)
-kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları;
-baş podratçı kimi son yeddi il (2016-cı il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 40 (qırx) milyon manatdan az olmayan, müraciət edənin hissəsi isə ən azı 20 (iyirmi) milyon olan (müraciət edən müqaviləni birgə müəssisənin üzvü kimi icra etmişdirsə) və oxşar işi əhatə edən (oxşarlıq: layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı 2 (iki) sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və istismara icazə aktları təqdim edilməlidir;
-son yeddi il (2016-cı il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində tikinti- quraşdırma işləri üzrə ən azı 40 (qırx) milyon manat dövriyyə tələb olunur, həmçinin TMV-nin 1.6-cı bəndində tələb olunan digər tələblər.
Qeyd- tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV-nin 1-ci və 2-ci bəndlərində tələb olunan sənədlər hər bir şirkət üçün ayrılıqda təqdim edilməlidir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 1 noyabr 2023-cü il saat 16.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 13 noyabr 2023-cü il saat 16.00-a qədər Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsi 56 nömrəli ünvanda yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şöbəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsi 56 nömrəli ünvanda yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətində 14 noyabr 2023-cü il saat 16.00-da açılacaqdır.
Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.