“Azərişıq” ASC ““Xocalı rayonu, Əsgəran yaşayış məntəqəsi ərazisində yeni 35 kV-luq "Əsgəran" yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi” işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Qarabağın 2 rayonunda elektrik yarımstansiyaları tikilir - 7 MİLYONLUQ TENDERLƏR
FED.az xəbər verir ki, tenderin qalibi “Smart Energy Services” MMC olub.
Qalib şirkətlə 4 443 291 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Smart Energy Services” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Tinayev Nemət oğludur. Hüquqi ünvanı AZ1054, Bakı şəhəri Binəqədi rayonu, Həsrət Ağamalıyev (Rəsulzadə qəs.), ev 10, m. 25 ünvanında yerləşir.