Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyi 3 tenderə yekun vurub.
FED.az xəbər verir ki, tenderlərdən birini "Koneks Construction" MMC, digər ikisini isə "BİLGƏ QRUP" QSC şirkəti udub.
Qalib şirkətlərlə toplamda 1 045 791 manat dəyərində müqavilələr imzalanıb.
Satınalma predmeti və məbləğlər aşağıdaki kimi müəyyənləşdirilmişdir :
Satınalma Predmeti |
Qalib şirkət |
Məbləğ |
Məhəllədaxili yollarda təmir işlərinin satınalınması |
"KONEKS CONSTRUCTİON" MMC |
517 453 |
Uşaq və gənclərin əyləncəsi üçün parklarda istifadə olunacaq oyun və idman alətlərinin satın alınması |
"BİLGƏ QRUP" QSC |
328 772 |
Parklarda istifadə olunacaq oturacaq və zibil qutuların satınalınması |
"BİLGƏ QRUP" QSC |
199 566 |
CƏMİ : 1 045 791 |