Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ. M. Seçenov Adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universitetinin) Bakı Filialı “Simulyasiya avadanlıqları və simulyasiya avadanlıqların sərfiyyat materiallarının satın alınması” tenderinin nəticələrini elan edib.FED.az xəbər verir ki, tenderin qalibi “Solamedıcal” MMC olub.
“Solamedical” MMC 1,4 milyon manatlıq tenderin qalibi – SEÇİLDİ
Şirkətlə 1 495 200 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Solamedıcal” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 200 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ruslan Səlimov Akif oğludur. Hüquqi ünvanı AZ1106, Bakı Şəhəri Nərimanov Rayonu, M. Araz, ev 18 ünvanında yerləşir.