Dövlət Sərhəd Xidməti “Gəmi İnşası və təmiri mərkəzinin fəaliyyətinin bərpası üçün dəniz hidrotexniki qurğuların təmir (tikinti) işləri” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Franklin Offshore İnternational Pte.Ltd.” Şirkətinin Azərbaycan Respublikasındakı “Franklin Offşor Kaspian Ltd.” nümayəndəliyi olub.
Qalib şirkətə 3 177 353 manat ödəniləcək.
Bu qiymətə daxildir :
Tələb olunan icazələrin alınması, sifarişçinin tələbinə uyğun olaraq layihənin hazırlanması
Su altı çəkilişlərin aparılması və sxemlərin hazırlanması
Təsdiqlənmiş layihə üzrə işlərin və həcmlərin hesablanması
Aidiyyəti texnikaların mobilizasiya və demobilizasiyası
Dalğıclar tərəfindən ərazinin müayinəsi (analizi)
Muhəndis geoloji işlərin yerinə yetirilməsi
Mövcud olan tərsanə relslərinin (hidrotexniki qurğuların) sökülməsi və quruya daşınması
Mövcud olan relslərin təmir-bərpa işlərindən sonra suya daşınması və montajı
Mövcud olan beton plitələrin sökülməsi, qaldırılması və quruya daşınması (20 ədəd plitə 6x12m)
Mövcud olan beton plitələrin qaldırılması, suya daşınması və yenidən quraşdırılması (20 ədəd plitə 6x12m)
Dibdərinləşdirmə işləri, rels yolunun lazımi dərinliyə qədər uzadılması
Suyun altında betonlama işləri
Beton plitələrin sökülməsi, geri daşınması və birləşmə hissələrinin təmir işləri (80 ədəd plitə 6x12m)
Sökülmüş (bərpa olunmuş) relslərin yenidən quraşdırılması
Beton vurulan hissələrdə qəliblərin qurulması (32 ədəd 6m * 1m)
Metal qəliblərin svayla bərkidilməsi (320 ədəd Ø 76 * 1m boru)
Yeni ankerlərin hazırlanması M32
Dalğıcların yekun müayinəsi (analizi)
Elinq dayanacağı (mayak svayları) vuruması 1m məsafədən
Görülmüş işlərin test sınağının keçirilməsi, aktların, sertifikatların sifarişçiyə təqdim olunması