Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən elan olunmuş mühüm təmir layihəsi üzrə tender uğursuz nəticələnib.
Mədəniyyət ocaqları təmir olunacaq, layihələr hazırlanır - 1,5 MİLYONLUQ TENDERLƏR
FED.az xəbər verir ki, Babək məhəlləsi 25 və N.Tusi küçəsində yerləşən 30 mənzilin əsaslı təmiri və zəruri avadanlıqlarla təmin edilməsi üzrə planlaşdırılan satınalma təqdim olunan təkliflərin şərtlər toplusuna uyğun olmaması səbəbilə ləğv edilib.
Tenderin ləğv səbəbi kimi “təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil” ifadəsi qeyd olunub. Bu isə “Dövlət satınalmaları haqqında” qanunun 36.1.2-ci maddəsinə əsaslanır.
Layihənin ehtimal olunan qiyməti 701.098,18 AZN idi. Tenderin dərc tarixi 12 fevral 2025, təkliflərin son təqdim olunma tarixi isə 5 mart 2025-ci il, saat 17:30 olub. Zərflərin açılışı da həmin tarixdə həyata keçirilməli idi.
Nəticə etibarilə, şəhərin iki fərqli ünvanında nəzərdə tutulan 30 mənzilin əsaslı təmiri layihəsi hələlik həyata keçirilməyəcək.