“Naxçıvan Yol Təchizat” MMC avtomobil yollarının təmiri üzrə tenderin qalibini elan edib.
FED.az xəbər verir ki, “Naxçıvan şəhəri, Culfa rayonu, Şərur rayonu və Babək rayonu ərazisində yerləşən bəzi qəsəbə və kənd daxili avtomobil yollarının əsaslı təmir işlərinin satınalınması” ilə bağlı keçirilmiş tenderin qalibi müəyyən olunub.
Qalib “Polat Yol Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı filialı (VÖEN: 1500968811) olub.
Qalib şirkətə 22 milyon 850 min manat ödəniləcək. Ehtimal oluna qiymət isə 25 milyon 787 manat idi.
Bu şirkətin qalib gəldiyi ilk tenderdir.
Qeyd edək ki, bu filial 17 fevral 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Aydın Polatdır. Hüquqi ünvanı Goranboy rayonu nadirkənd kəndidir.