Səhiyyənin Təminat Mərkəzi “Tibbi avadanlıqların satınalması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Dialur” MMC olub.
Dövlət Agentliyi 1 milyon dəyərində tibbi avadanlıqlar və ləvazimatlar aldı – SİYAHI
Şirkətlə 11 825 947 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Dialur” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İsmət Rəsulov Əbil oğludur. Hüquqi ünvanı AZ1065, Bakı Şəhəri Yasamal Rayonu, Abdulla Şaiq, Ev 241, M. 27 ünvanında yerləşir.