Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkəti ASC daha bir tenderin qalibi elan edilib.
FED.az xəbər verir ki, “Azərtibbtəchizat” MMC “Kasko sığorta xidmətinin satınalınması” üzrə elan etdiyi tenderinin nəticələrini açıqlayıb. Tenderin qalibi “Atəşgah” Sığorta Şirkəti ASC olub.
Dövlət Agentliyi işçiləri üçün sığorta xidməti alır - TENDER
Qalib şirkətlə 1 855 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).