Azərbaycanda dövlət satınalmalarında şəffaflığı artırmaq və bu sahəyə daha çox iş adamının çıxış əldə etməsi üçün yeni qanun layihəsi hazırlanır. FED.az xəbər verir ki, qanun layihəsi özündə bir sıra nəzarət və şəffaflıq tədbirlərini əhatə edir. Yeni qanunda nəzərdə tutulan yeniliklər barədə ətraflı məlumatı buradan orxumaq olar.
Bununla yanaşı, müşahidələr və yeni qanunla bağlı açıqlanan ilkin məlumatlar göstərir ki, tenderlərdə bir sıra şirkətlərin və iri holdinqlərin monopoliyasını qırmaq asan olmayacaq.
FED.az bu sahədə şəffaflığın daha dərin təmin edilməsi və dövlət sifarişlərinin şirkətlər/sahibkarlar arasında daha ədalətli bölünməsi üçün öz təkliflərini hazırlayıb
Təklif 1: Dövlət satınalmaları şirkətin illik ümumi sifariş portfelinin 50%-ni keçməməlidir.
Hazırda müşahidələr göstərir ki, ölkədə bəzi şirkətlərin sifariş portfeli bütünlüklə dövlət sifarişlərindən ibarətdir. Bu isə satınalmaların biznes arasında ədalətsiz bölünməsi deməkdir. Təklifə əsasən isə dövlət sifarişləri heç bir formada – podratçı, sub podratçı və sair – şirkətin ümumi sifariş portfelinin 50%-ni keçməməlidir. Əgər bu hal ilin sonunda məlum olarsa, şirkət öz sifariş portfelində qeyri-dövlət payını 50%-ə çatdırana qədər dövlət satınalmalarında iştirak hüququnu itirir. Özü də söhbət təkcə şirkətdən deyil, onun son təsisçisi – benefisiarından gedir. Yəni şirətin təsisçisinin malik olduğu bütün şirkətlərin ümumi sifariş portfeli bu qaydanın predmetidir.
Təklif 2: Dövlət satınalmalarında iştirak etmək üçün şirkət buna qədər ən azı bir dəfə özəl sifariş yerinə yetirməlidir.
Şirkət özünün həyat və iş qabiliyyətli olduğunu əvvəlcə özəl sektora xidmətdə göstərməlidir. Yalnız bundan sonra dövlət satınalmalarına qoşula bilər. Bu vəziyyət şirkətin fəaliyyətinin keyfiyyətini sübut etməklə yanaşı, özəl sektorun azı bir dəfə sərfəli podratçı təklifi alması deməkdir.
Təklif 3: Dövlət satınalmaları üzrə xərclənən vəsaitin (fərqi yoxdur, birbaşa və ya tender üsulu ilə) bir şirkətə düşən hissəsi ümumi satınalma məbləğinin 5%-ni keçməməlidir.
Ola bilər ki, şirkət yuxarıda göstərilən şərtləri yerinə yetirərək dövlət satınalmalarına çıxış əldə edir. Bu zaman sui-istifadənin qarşısını almaq üçün daha bir mexanizm, ümumiyyətlə dövlətin bir şirkətə ayırdıfğı məbləğə ldimit qoyulmasıdır. Özü də bu şərt təkcə bir şirkətə deyil, bir təsisimnin nəzarətində olan şirkətlərə şamil edilməlidir. Bir şirkətə ötürülə bilən maksimum satınalma məbləği hər il dövlət büdcəsi təsdiqlənin kimi, İqtisadiyyat Nazirliyi tərəfindən elan edilməlidir.
Təklif 4: Tender və ya digər satınalma üsulunun tətbiqi zamanı tienderin nəticələri olaraq qalib şirkətlə yanaşı, həmin tenderdə iştirak edən digər şirkətlərin də təklifləri ictimaiyyətə açıqlanmalıdır.
Tender prosesində səslənən bütün təkliflərin açıqlanması, ictimiaiyyətə daha geniş məlumat vermək deməkdir. Bununla yanaşı, belə üsulun tətbiqi biznes sektoruna imkan verəcək ki, dövlət satınalmalarında seçim prosesinin hansı formada aparıldığını, seçim meyarlarını bir daha dəqiqləşdirsin.
Təklif 5: Dövlət satınalmalarında iştirak edən şirkətlərin son benefisiarları, yəni təsisçisi (qanuni təmsilçi deyil, şirkətin əsl sahibi) ictimaiyyətə açıqlanmalıdır.
Hazırda bu məlumatlar kommenrsiya sirri haqqında qanunla qorunur. Amma bu o zaman kommersiya sirri sayıla bilər ki, əməliyyatlar özəl şirkətlər arasında aparılsın.
Dövlət satınalmalarında iştirak isə vəziyyəti dəyişir. Dövlət satınalması büdcə vəsaiti hesabına aparılır, büdcənin formalaşmasında isə bütün ölkə əhalisi iştirak edir və büdcə məlumatlar şəffaf orlmalıdır. Deməli büdcənin vəsaitlərinin ödənildiyi şirkətlər haqqında bütün məlumatlar, o cümlədən onun əsl sahibləri açıqlanmalıdır. Əgər dövlət şəffaflıq prinsiplərini qorumaq üçün ünvanlı sosial yardım alan şəxslərin adlarını açıqlayırsa, onda bundan qat-qat artıq büdcə vəsaiti əldə edən şirkətlərin sahiblərini də açıqlamalıdır.
Təklif 6: Tikinti tenderlərinin nəticələri açıqlanarkən hökmən yaşayış və qeyri-yaşayış sahələrinin kvadratmetrinin qiyməti və bu qiymətin necə formalaşdığı açıqlanmalıdır.
Müşahidələr göstərir ki, iri dövlət şirkətləri və digər qurumlarının keçirdiyi tikniti tenderlərində yaşayış və qeyri-yaşayış sahələrinin kvadratmetrinin qiyməti real bazar qiymətlərindən xeyli yüksək olur. Söhbət dövlət vəsaiti hesabına tikilən həm yaşayış, həm kommersiya, həm də ictimai təyinatlı binaların tikintisindən gedir. Nəticədə bu həm dövlət büdcəsinə, həm də bu mənzilləri və qeyri-yaşayış sahələrini kreditlə alan vətəndaşlara əlavə xərc yaradır və əmlak bazarında süni qiymət artımını dəstəkləyir.
Tikinti sektoru kapitğal və əmək tutumlu sahə olduğundan və çoxsaylı digər sahələri «qidalandırdığından» bu sahədə maliyyə vəsaitlərinin səmərəli xərclənməsi böyük rol oynayır. Ona görə də, həmin tenderlərin nəticələri daha detallı açıqlanmalı, əsas göstəricilər ayrıca əks olunmalıdır. Buraya tenderin ümumi məbləği ilə yanaşı, tender predmetinə daxil olan yaşayış və qeyri- yaşayış binalarının sahələrinin maya dəyəri və qiyməti ayrıca göstərilməlidir.
Təklif 7: Dövlət tenderlərində iştirak edərək qalib gələn şirkətlərə, onların hüquqi-təşkilati formasından asılı olmayaraq Səhmdar Cəmiyyyətlərə qoyulan tələblər tətbiq edilməli və onlar illik hesabatlarını açıqlamalıdırlar.
Ölkə qanunvericiliyi Səhmdar Cəmiyyətlərin illik hesabatlarını açıqlamasını tələb edir, amam MMC-lər üçün bu qayda məcburi deyil. Amma dövlət satınalmalarında qalib gələn bütün şirkətlər Səhmdar Cəmiyyətlər kimi yarım illik və illik hesabatlarını açıqlamalıdırlar. söhbət təkcə şirkətin tenderdə qalib gəldiyi ildən deyil, həm də ondan əvvəlki və ondan sonrakı ildən gedir.
Bu qayda tətbiq edilərsə, gələcəkdə tenderə qalıqmaq istəyi olan bütün şirkətlər artıq bir il əvvəldən hesabatlarını açıqlayacaq. Bu qayda təkcə dövlət satınalmalarında deyil, bütün korporativ sektorda şəffaflq mədəniyyətinin formalaşmasına imkan verəcək. Eləcə də korrupsiya və qanunsuz yollarla əldə edilən vəsaitlərin qarşısını alacaq.
Təklif 8: Dövlət Satınlamalarında o şirkətlər iştirak edə bilər ki, tenderi keçirən dövlət qurumunun növbəti il üçün satınalma planının təsdiq edilməsindən əvvəl qeydiyyyatdan keçmiş olsun.
Dövlət satınalmalarında mənfi hallardan biri də tenderi təşkil edən dövlət qurumuna yaxın şirkətlərin tenderdən dərhal sonra yaradılaraq son nəticədə tenderi qalzanmasıdır. Bu kimi hallar tenderlərin düzgün keçirlməsinə inamı sarsıdır və ümumiyyətlə biznesdə dövlət qurumlarına etimadı azaldır, investisiya mühiti ilə bağlı rəyi pisləşdirir. Bunun qarşısını almaq üçün təklif edilir ki, tenderlərdə yalnız o şirkət iştirak edə bilər ki, həmin terderi keçirən qurumun növbəti ilə üçün satınalma planının təsdiqlənməsindən əvvəl qeydiyyyatdan keçirilsin. Bu yenilik tenderlərdə «göydəndüşmə şirkətlərin» iştirakını məhdudlaşdırar, eləcə də ölkədə yeni şirkətlərin sayının artmasına imkan verər.
Təklif 9: Tenderdə qalib gələrək sifarişi təm və ya qismən yerinə yetirməyən və ya keyfiyyətsiz yerinə yetirən şirkət və sahibkarlar 2 il müddətindən dövlət satınalmalarına qatılma hüququnu itirməlidir.
Bu qaydanın tələbləri təkcə şirkətin özünə deyil, onun benefisiarlarına da şamil edilməlidir. Yəni sifarişi keyfiyyətsiz yerinə yetirən şirkətin təsisçisi olduğu bütün şirkətlər satınalmalarından uzaqlaşdırılmalıdır. Bu qayda dövlət sifarişlərinin daha keyfiyyətli yerinə yetirilməsinə şərait yaratmalıdır.