Dövlət Sərhəd Xidməti "Sərhədçi" İdman Olimpiya Mərkəzi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda bina və tikililərin şüşələrinin yuyulması və təmizlənməsi, xalçaların, jalüzların kimyəvi maddələrlə yerində yuyulması və qurudulması xidməti nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 2001586541
Satınalan təşkilatın ünvanı: Müsabiqənin başlama tarixi və vaxtı: 08.07.2023 13:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 30.07.2023 14:00
Zərflərin açılış tarixi və vaxtı: 31.07.2023 14:00
Ödəniş şərtləri - Ödəniş iddiaçı tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildikdən sonra elektron qaimələr, hesab fakturalar, aktlar və digər sənədlərə əsasən aparılacaqdır.
Çatdırılma yeri - Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 23/16.
Çatdırılma müddəti - 2023-cü ilin dekabr ayınadək
Tender təklifi
Qiymət təklifi:
Qiymət kotirovkasının təsviri
Qiymət kotirovkasının qüvvədə olma müddəti
Təşkilati və hüquqi sənədlər:
Tenderdə iştirak etməklə bağlı ərizə.
Nizamnamə.
Dövlət qeydiyyatı haqqında şəhadətnamə.
Dövlət reyestrindən çıxarış.
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə, cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına borcunun olmaması,son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasına dair və vergi dövriyyəsi haqqında arayış;
İddiaçının satınalma proseduruna başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (Məhkumluq haqqında arayış).
İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması və məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (Yüklülük arayışı).
2022-ci il üzrə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının təsdiqlənmiş surəti (2022-ci il üçün mənfəət vergisinin bəyannaməsi).
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən sahibkarlıq subyektinə dair arayış.
İddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı.
Rekvizitlər. - Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Xəlilov Elvin, Komissiyanın üzvü
Email: [email protected]
Əlaqə telefonu: (012) 370-35-45
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Xalçaların kimyəvi maddələrlə yerində yuyulması və qurudulması |
- |
4.722 |
m(2) |
2 |
Dekorotiv pərdənin kimyəvi maddələrlə yerində yuyulması və qurudulması |
- |
100 |
m(2) |
3 |
Pəncərə üçün jalüzların kimyəvi maddələrlə yerində yuyulması və qurudulması |
- |
710 |
m(2) |
4 |
İpək parça (üç rəng) kimyəvi maddələrlə yerində yuyulması və qurudulması |
- |
240 |
m(2) |
5 |
İdman mərkəzin daxilində olan otelin pəncərələrin yuyulması |
- |
120 |
m(2) |
6 |
İdman mərkəzin daxilində arenanın şüşələrin yuyulması |
- |
3.850 |
m(2) |