Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi 4 tenderə yekun vurub.
Göygöldə 3 milyonluq məktəb tikintisi – BU ŞİRKƏTƏ TAPŞIRILDI
FED.az xəbər verir ki, “Yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılmasının satınalınması” tenderin qalibi “Element YT” QSC olub.
Şirkətlə 14 461 575 manat məbləğində müqavilə imzalanıb.
“Kompüter və noutbukların satın alınması” tenderinin qalibi “Bestcomp Group” QSC olub.
Şirkətlə 38 729 003 manat məbləğində müqavilə imzalanıb.
“Məktəbəqədər təhsil müəssisələrinə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması” tenderinin qalibi “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC olub.
Şirkətlə 6 964 929 manat məbləğində müqavilə imzalanıb.
“Məktəbəqədər təhsil müəssisələrinə "Digər malların alınması" xərc maddəsi üzrə malların satın alınması” tenderinin qalibi “Koneks Construction” MMC
Şirkətlə 7 910 199 manat məbləğində müqavilə imzalanıb.