Azərbaycan Texniki Universiteti 2 tender elan edib.
Məktəblərin yüksəksürətli internetlə təmin olunmasına 2,4 milyon - SƏRF OLUNACAQ
FED.az xəbər verir ki, hər 2 tender Türkiyə-Azərbaycan Universitetində müasir laboratoriya infrastrukturunun qurulmasına yönəlib:
Enerji mühəndisliyi laboratoriyası üçün avadanlıqların satınalınması məqsədilə keçirilən tenderin ehtimal olunan dəyəri 504.814,17 AZN təşkil edir. Təkliflərin təqdim olunması və zərflərin açılışı 1 avqust 2025-ci il saat 15:30-da baş tutacaq. Müsabiqədə iştirak haqqı 450 AZN-dir.
Bundan əlavə, universitet qida təhlükəsizliyi üzrə laboratoriyanın təchizatı üçün də tender elan edib. Bu müsabiqənin ehtimal olunan dəyəri 895.452,50 AZN-dir. Təkliflərin təqdim olunma və açılış vaxtı 1 avqust 2025-ci il saat 16:00 olaraq müəyyənləşdirilib. Burada da iştirak haqqı 450 AZN təşkil edir.
Hər iki tender üzrə əlaqəli şəxs Asif Həmzətovdur – Azərbaycan Texniki Universitetinin Satınalma və Təchizat Şöbəsinin müdiri. Onunla aşağıdakı vasitələrlə əlaqə saxlamaq mümkündür:
-
E-poçt: [email protected]
-
Telefon: +994 50 261 38 15