“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” PHŞ tenderlərin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, birinci tenderdə Şuşa şəhərində D-3 yaşayış massivində nəzərdə tutulan yaşayış binalarının (1-ci mərhələ, 10 bina) tikinti işləri nəzərdə tutulur.
Tenderin qalibi "GM Construction" MMC olub. Qalib şirkətə 39 milyon 700 min 81 manat ödəniləcək.
Qeyd edək ki, “GM Construction” MMC 2016-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Hafiz Nəzərli Akif oğludur. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 189 ünvanında yerləşir.
Şirkət daha öncə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun “Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri” tenderinin qalibi olub.
Həmçinin Şuşa şəhəri D-4 yaşayış massivində (1-ci mərhələ) tikintisi nəzərdə tutulan 4, 5, 6, 7, 8 və 9 nömrəli yaşayış binalarının tikinti işləri üzrə keçirilən tenderin qalibi "Crystal İnşaat" ASC olub. Qalib şirkətlə 14 milyon 176 min 846,46 manat dəyərində müqavilə bağlanıb.
Şirkət bundan əvvəl “Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin Zəngilan rayonu, Ağalı kəndində yerləşən hotelin tam təchizatlı təmir və tamamlama işlərinin ikinci mərhələsi ilə bağlı tenderin qalibi olub.
Qedək ki, “Crystal İnşaat” ASC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəsul Rəsulov Məhəmmədəli oğludur. Hüquqi ünvanı AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Pr. (Xırdalan), ev 11 B 2 ünvanında yerləşir.
Ümumilikdə hər iki tender üzrə bağlanmış müqavilələrin dəyəri 53 milyon 876 min 927,46 manat təşkil edir.