Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı ” elan edilməsi və Heydər Əliyevin 100 illiyi ilə bağlı Türk dünyasına üzv ölkələrin memarlarının “Şuşa simpoziumu" tədbirinin keçirilməsi xidmətinin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 8600208181
Satınalan təşkilatın ünvanı: Şuşa şəhəri
Müsabiqənin başlama tarixi və vaxtı: 08.09.2023 12:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 28.09.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 06.10.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 09.10.2023 12:00
Ödəniş şərtləri - Ödəniş xidmətlər göstərildikdən (mallar təqdim edildikdən) sonra, təsdiq edici sənədlər əsasında icra olunacaq.
Çatdırılma yeri - Şuşa şəhəri
Çatdırılma müddəti - 3 ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının (2022-ci il üçün) surəti
Mikro, kiçik, orta və iri sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən və cari tarixə qüvvədə olan arayış
İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) bank dövriyyəsi haqqında arayış
İddiaçının rəhbərinin vəzifəyə təyin olunmasını təsdiq edən sənədin surəti
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
İxtisas göstəriciləri:
Müqavilənin icrasına cəlb olunacaq ixtisaslı kadrlar haqqında arayış
Son bir il ərzində yerinə yetirdiyi işlər haqqında arayış
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Nicat Eyvazlı, Satınalma üzrə aparıcı mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: +994 50 212 16 71