Bakı Sağlamlıq Mərkəzi “Dərman preparatları, laboratoriya tibbi sərf malları və kardioloji invaziv əməliyyatlarda istifadə edilən xüsusi tibbi sərf mallarının satınalınması.” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Solamedıcal” MMC olub.
Qalib şirkətə 4 669 787 manat ödəniləcək.
Qeyd edək ki, “Solamedıcal” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 200 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ruslan Səlimov Akif oğludur. Hüquqi ünvanı AZ1106, Bakı Şəhəri Nərimanov Rayonu, M. Araz, ev 18 ünvanında yerləşir.